Gimnastika yığmamızın final üçün heyəti açıqlanıb
Tarix: 25.05.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Bədii gimnastika üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək Dünya Kubokunun finalı üçün heyəti açıqlanıb. Rio Olimpiya Oyunlarından təxminən iki həftə öncə iyulun 22-24-də paytaxtımızda baş tutacaq yarış üçün ölkəmiz 7 idmançı sifariş edib.
Komandamızın baş məşqçisi Mariana Vasileva şəxsi mübarizədə Avropa Oyunlarının gümüş medalçısı, Rio-2016-ya lisenziya qazanmış Marina Durunda, eləcə də böyük gimnastlar sırasına yenicə qədəm qoyan Avropa çempionatının (gənclər) ikincisi Jalə Piriyevanı sınamağa qərar verib. Qrup hərəkətlərində isə yığmamızın şərəfini Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep qoruyacaqlar. Ümumilikdə Bakıya dünyanın 22 ölkəsinin yığması gələcək. Yarışların ilk iki günü 34 gimnast və 11 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq. Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək. Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçiriləcək. Biletlərin qiyməti 5-20 manat təşkil edir. Biletlər yarışların hər 3 gününə alındıqda, endirimlər olacaq. Tələbələr də xüsusi endirimdən yararlana bilərlər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info