“Bakı Limanı Azərbaycanın Avrasiyada nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində əsas rol oynayacaq”
Tarix: 25.05.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“Böyük Amerika şirkətləri həm Çin, həm də Avrasiya bazarında irihəcmli işlər görür. Biz Bakının bu bazar üçün regional mərkəz kimi seçilməsini istəyirik”

Dünən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Avropa İttifaqının (Aİ) TAIEX proqramı çərçivəsində seminarı öz işinə başlayıb. 70-ə yaxın iştirakçını əhatə edən tədbirin məqsədi dəniz limanlarının əməliyyatlarının idarə olunması, quru limanlar və logistika, o cümlədən liman qanunvericiliyinin təkmilləşdirilməsi kimi sahələrdə Aİ üzv dövlətlərin və beynəlxalq təşkilatların təcrübəsini öyrənməkdir.
Təlimin və Aİ ilə əməkdaşlığın əhəmiyyətindən danışan Bakı Limanının baş direktoru Taleh Ziyadov liman əməliyyatlarında Avropa standartlarının tətbiq edilməsinin Bakı Limanının şəffaflıq, nümunəvilik və müasirlik prinsiplərinə uyğun olduğunu bildirib. “Bizim Bakı Limanında böyük planlarımız var. Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonası təkcə ölkənin deyil, həm də regionun iqtisadiyyatına müsbət töhfə verərək Avrasiyanın nəqliyyat və ticarət mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyub. Bu baxımdan bütün əməliyyatlarımızın təşkilində dünyanın və o cümlədən Avropa ölkələrinin qabaqcıl limanlarının təcrübəsindən faydalanmaq çox önəmlidir”, - deyə T.Ziyadov vurğulayıb. Taleh Ziyadov Bakı Limanının beynəlxalq təşkilatlarla əməkdaşlığının artan templə inkişaf etdirdiyini qeyd edərək, Limanın bir sıra Avropa İttifaqı limanları ilə geniş əlaqələrindən danışıb, misal kimi Avropanın ikinci ən böyük dünya limanları arasında ilk 20-liyə daxil olan Antverpen Limanı ilə Bakı Limanı arasında Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Ümumiyyətlə, Bakı Limanı bu günədək Sinqapur, Dubay, Rotterdam kimi böyük limanlarla geniş əlaqələr qurub və həmin limanların təcrübəsinin tətbiqi istiqamətində işlər görüb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard TAIEX əməliyyatlarının 10 il bundan əvvəl Aİ-nin qonşu ölkələrində yerinə yetirilməyə başladığını deyərək, bu günə qədər nəqliyyat, qida təhlükəsizliyi , enerji əhəmiyyətliliyi kimi sahələrdə 3000-dən artıq, Azərbaycanda isə 2016-cı ilə qədər 213 layihənin həyata keçirildiyini bildirib: “Azərbaycanın əlverişli coğrafi mövqeyi sayəsində bu ölkənin Şimal və Cənubu, Şərq və Qərbi birləşdirən nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün böyük potensialı var. Bakı Limanının Avropa limanları ilə əlaqələrinin genişlənməsi və burada qabaqcıl dünya təcrübələrinin tətbiq edilməsi bu missiyanın yerinə yetirilməsi istiqamətində atılmış mühüm addımdır. İnanırıq ki, Bakı Limanı Azərbaycanın Avrasiyada nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində əsas rol oynayacaq”.

“Transxəzər Nəqliyyat Marşrutu üzrə vahid
tariflərin tətbiqi rəqabətədavamlılığın
artırılması üçün vacibdir”

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib ki, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə vahid tariflərin iyunun 1-dən tətbiqi rəqabətədavamlılığın artırılması üçün vacibdir. O bildirib ki, yeni tariflərin tətbiqi ilə bağlı tərəflər arasında görüşlər iki aydan bir keçirilir və biz bunu müsbət qiymətləndiririk. T.Ziyadov qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə keçirilən görüşlər bizi bir addım irəli aparır. Bu proses bu şəkildə davam edəcək: “Vahid tarif siyasəti ən vacib məqamlardan biridir. İstər Avropadan Çinə, istərsə də Çindən Avropaya göndərilən yüklərdə vahid bir tarifin tətbiqi bu dəhlızın işlək və rəqabətədavamlı olduğunu göstərəcək. İki aydan bir keçiriləcək görüşlərdə yeni ölkələrin bu marşruta cəlb olunmasını və yeni vahid tariflərin tətbiqini görəcəyik. Yaxın gələcəkdə digər ölkələr də bu konsorsiuma cəlb olunacaq”.

Yanvar ayından Azad Ticarət Zonasına
rezidentlərin qəbulu başlaya bilər

QSC-nin baş direktoru onu da deyib ki, yanvar ayına qədər hər şey qaydasında davam etsə, Azad Ticarət Zonasına rezidentlərin qəbuluna başlaya bilərik. O bildirib ki, hazırda Azad Ticarət Zonasının hüquqi bazasının yaradılması işləri həyata keçirilir: “Sentyabr ayına qədər bu işlər yekunlaşacaq və yanvar ayından hər şey qaydasında davam etsə, rezidentlərin qəbuluna başlaya bilərik. Biz şirkətlərlə, beynəlxalq təşkilatlarla əlaqələr qurmağa artıq başlamışıq”. Vaşinqtonda keçirilmiş Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Forumunun məqsədi böyük Amerika şirkətlərinin Azərbaycana cəlb etmək olduğunu söyləyən T.Ziyadov Bakı Limanının ətrafında yaradılacaq Azad Ticarət Zonasına bu şirkətləri dəvət etdiklərini deyib: “Böyük Amerika şirkətləri həm Çin, həm də Avrasiya bazarında irihəcmli işlər görür. Biz Bakının bu bazar üçün regional mərkəz kimi seçilməsini istəyirik”.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info