Taxılyığan kombaynlar aran rayonlarında biçinə cəlb olunub
Tarix: 25.05.2016 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xacmaz regional nümayəndəliyinin balansındakı 50 taxılyığan kombayn aran bölgəsində biçinə cəlb olunub. Texniki baxışdan keçirilərək tam işlək vəziyyətə gətirilən taxılyığan kombaynların bir hissəsi artıq aran bölgəsinə göndərilib. Şimal bölgəsindən göndərilən kombaynlar Kürdəmir, Sabirabad, Hacıqabul, Salyan, Neftçala və İmişli rayonlarında taxıl biçinini həyata keçirəcək.“Aqrolizinq” ASC-nin Xacmaz regional nümayəndəliyinin direktoru Rafiq Tağıyev bildirib ki, şimal bölgəsində taxıl biçini iyun ayının ikinci ongünlüyündə başlayır. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən, buradakı kombaynlar taxıl biçini başlayan rayonlara köməyə göndərilir. Aran rayonlarında biçin prosesi itkisiz və vaxtında başa çatdırıldıqdan sonra kombaynlar geri qayıdacaq.R.Tağıyev qeyd edib ki, şimal bölgəsindən olan sahibkarlar da artıq “Aqrolizinq” ASC-nin Xacmaz regional nümayəndəliyinə müraciət edərək, taxıl zəmilərinin biçilməsi üçün müqavilə bağlaya bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info