Səfirimiz Berlin Xəzər Bölgəsi Araşdırmaları Mərkəzində çıxış edib
Tarix: 25.05.2016 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Almaniyanın nüfuzlu Berlin Azad Universitetinin Xəzər bölgəsi araşdırmaları Mərkəzində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə sözü gedən Mərkəzin tədqiqatçıları və doktorantlarının Azərbaycanın AFR-dəki   səfiri Pərviz Şahbazovla görüşü keçirilib. 
Azərbaycanın Almaniyadakı  səfirliyindən verilən xəbərə görə,   səfir Pərviz Şahbazov “Azərbaycanın enerji strategiyasının regional sabitlik və Avropa İttifaqı ilə tərəfdaşlıqda rolu” başlıqlı təqdimatla məruzə edib.
 Səfir əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə və regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın balanslaşdırırlmış xarici siyasəti və ölkəmizin multikulturallıq ənənələrinin onun enerji strategiyasının həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat verib. Pərviz Şahbazov tədbir iştirakçılarını Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin yaradılmasında göstərdiyi əhəmiyyətli səylər, ölkəmizin təşəbbüsü və aparıcı rolu ilə həyata keçirilən “Şah Dəniz 2”, “Cənubi Qafqaz” boru kəməri, TAP və TANAP kimi irimiqyaslı layihələrinin icrasının cari vəziyyətinə dair məlumatlandırıb. 
Ölkə səfiri eyni zamanda regionda inkişaf və əməkdaşlıq,  o cümlədən enerji layihələri üçün təhlükə törədən faktorlar barədə məlumat verdi. Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü regional təhlükəsizlik və əməkdaşlıq üçün ən böyük təhdid adlandırıb. Pərviz Şahbazov Ermənistanın beynəlxalq standartlara uyğun gəlməyən Metzamor AES-in fəaliyyətinin və Ermənistandan reaktiv materialların qaçaqmalçılığı hallarının yaratdığı real təhlükələr barədə məlumat verib.     
Təqdimatdan sonra Pərviz Şahbazov tədbir iştirakçıları tərəfindən Azərbaycanın neft və qaz energetikasının gələcək perspektivləri, ölkəmizin öz qonşuları ilə münasibətləri, Xəzər dənizinin statusu və digər mövzularda verilmiş sualları cavablandırıb.   
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info