Ərdoğan: “Biz hansısa məqamadək səbir edəcəyik”
Tarix: 25.05.2016 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) ölkə vətəndaşlarına vizasız rejim tətbiq etməyəcəyi təqdirdə Türkiyənin miqrasiya sazişindən imtina edəcəyini bildirib.  Türkiyə prezidenti bunu İstanbulda keçirilən mətbuat konfransında bildirib. 
O, həmçinin, Aİ-ni vizasız rejim tətbiqi üçün Türkiyədən əsassız şəkildə şərtlərin icrasını tələb etməsinə görə qınayıb.   
“Bizdən meyarları icrasını tələb edirlər. Latın Amerikasına vizasız girişə icazə verildi – məgər ondan da meyarların icra olunması tələb olunub? Xeyr. Biz Aİ ilə Gömrük İttifaqı da daxil olmaqla, bir  çox sahələrdə əməkdaşlıq etdiyimiz halda, nəyə görə bunu yalnız bizdən tələb edirlər? Biz hansısa məqamadək səbir edəcəyik”, - deyə Ərdoğan qeyd edib.     
Türkiyə prezidenti miqrasiya sazişinə görə Aİ-nin Ankaraya ayırmalı olduğu vəsaitin indiyədək Türkiyəyə köçürülməməsindən də gileylənib.    
“Türkiyədə üç milyon qaçqın var, biz onları qəbul edirik və onlar üçün şəraitin yaradılması üçün əlindən gələni əsirgəmir, biz bu məqsədlər üçün öz vəsaitlərimizi xərcləyirik. Biz 2016-2017-ci illərdə köçürüləcək altı milyard avroya dair razılığa gəldik. Təəssüflər olsun ki, indiyədək bu dəstək gerçəkləşməyib. Əgər biz Aİ-nin vəd etdiyi vəsaitləri almayacağıqsa, onlarsız da keçinə biləcəyik. Amma mənim məlumatıma görə, iyulun 1-dək artıq 1 milyard dollar köçürüləcək”, - deyə Ərdoğan qeyd edib.      
Avropa Parlamentinin rəsmi nümayəndəsi Martin Şults bundan əvvəl bəyan edib, ki Ankara Aİ-nin bütün tələblərini yerinə yetirəcəyi təqdirdə Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq ediləcək. Aİ Türkiyədən 72 tələbin icra olunmasını tələb edir   


Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Nigeriyada silahlı hücumlar nəticəsində 34 nəfər həlak olub
16.06.2019
Silahlılar Suriyada Hələbi və iki vilayəti atəşə tutublar
16.06.2019
ABŞ İrana qarşı müqavimət göstərmək üçün bütün variantları nəzərdən keçirir
16.06.2019
Fransada “sarı jiletlilər” nümayişlərinin 31-ci həftəsi
16.06.2019
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info