Prezident 2015-ci ildə “Dünyada ilin adamı” seçilib
Tarix: 25.05.2016 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib.Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib.Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.Cəmi 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf edilməlidir ki, bütün bu nailiyyətlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.Göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək “The Buisness Year” şirkəti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info