Los-Ancelesdə Xocalı soyqırımına dair kitab nəşr olunub
Tarix: 25.05.2016 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


ABŞ-ın yarım milyon erməninin yaşadığı Los-Anceles vilayətində Xocalı soyqırımına və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinə dair kitab nəşr olunub. Kitab tanınmış “Floricanto Press” nəşriyyatı tərəfindən çap edilib.“FOX News Latino” və “The Hill” kimi nüfuzlu mətbu orqanları ilə əməkdaşlıq edən, bir sıra məşhur ABŞ televiziya və radio kanallarının şərhçisi, amerikalı jurnalist Raul Lovery Kontrerasın müəllifi olduğu kitab Xocalı soyqırımına dair Birləşmiş Ştatlarda nəşr olunmuş və satışa çıxarılmış ilk kitabdır. Bu nəşr dünyanın ən böyük internet kitab mağazası olan Amazon şəbəkəsində, ABŞ-ın ən böyük kitab mağazası şəbəkəsi olan Barnes & Noble-da və digər şəbəkələrdə satışa çıxarılıb. Amazon şəbəkəsi vasitəsilə kitabı ABŞ ilə yanaşı, Almaniya, Fransa, İtaliya və İspaniyada da almaq mümkündür. Yaxın aylarda digər ölkələr də bu siyahıya əlavə olunacaq.“Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” adlı kitabda Xocalı soyqırımı ilə yanaşı, Dağlıq Qarabağın tarixi, onun əzəli Azərbaycan torpağı olması, Ermənistan qoşunları tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti haqda oxuculara ətraflı məlumat verilir. Kitabda müəllifin Xocalı şahidlərindən və digər məcburi köçkünlərdən götürdüyü müsahibələr əksini tapıb.R.Kontreras, həmçinin erməni terrorizmi, onun yaranma tarixi, erməni terrorçularının Azərbaycan, ABŞ, eləcə də digər ölkələrdə həyata keçirdikləri terror aktları, eyni zamanda, Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni lobbisi barədə oxuculara ətraflı məlumat verir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info