Ekspert: “AES region dövlətləri ilə yanaşı, Ermənistan sakinlərini də narahat etməlidir”
Tarix: 25.05.2016 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


“İstismara verildiyi gündən aydın idi ki, seysmik cəhətdən aktiv dağlıq ərazidə yerləşən Metsamor Atom Elektrik Stansiyası (AES) ciddi təhlükə mənbəyidir. Digər tərəfdən, bu zonadakı su qıtlığı hər hansı qəza zamanı reaktorun soyudulmasında problem yarada bilər”.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun “Radiobiologiya” laboratoriyasının müdiri, radiasiyanın müasir problemləri üzrə Beynəlxalq Şuranın üzvü, biologiya elmləri doktoru, professor Elimxan Cəfərov bildirib.Alim deyib ki, 1988–ci ildə Spitakda baş verən güclü zəlzələ 26 min insanın ölümünə səbəb olmaqla yanaşı, Metsamor AES-in fəaliyyətində də ciddi problemlər yaratmışdı. Bunu nəzərə alaraq, Ermənistan SSR Nazirlər Soveti AES–in fəaliyyətinin dayandırılmasına dair qərar qəbul etmişdi. Reaktorlara baxış nəticəsində aydın olmuşdu ki, onlardan bu vəziyyətdə istifadə təhlükəsizlik baxımından məqbul deyil. Buna baxmayaraq, 1993–cü ildə Ermənistan hökuməti iqtisadi çətinlikləri, xüsusən Türkiyənin onları blokadada saxladıqlarını bəhanə gətirərək, ikinci blokun təkrar istismarına dair qərar qəbul etdi və 1995–ci ildə onu yenidən işə saldı.Professor bildirib ki, 2006–cı ildə Ermənistan hökuməti AES–in istismar müddətinin 2016–cı ildə başa çatacağını bəyan edib. 2011–ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsi altında fəaliyyət göstərən və tərkibinə səkkiz ölkədən (ABŞ, Böyük Britaniya, Fransa, Macarıstan, Finlandiya və s.) ekspertlərin daxil olduğu OSART (istismarın təhlükəsizliyinin qiymətləndirilməsinə baxış komandası) komissiyası Metsamor AES –də yoxlamalar apardı. Yekun rəy bundan ibarət oldu ki, stansiyadan istifadə böyük risk tələb edir.
E.Cəfərov deyib: “Çox ciddi narahatlıq doğuran amillərdən biri AES–də mümkün insident zamanı radiasiyanın ətraf mühitə sızmasının qarşısını ala biləcək hermetik dəmir-beton mühafizə örtüyünün olmamasıdır. Reaktorun öz örtüyü isə uzun istismar müddəti ərzində aşınmaya məruz qalıb və hətta kiçik qəza zamanı asanlıqla dağıla bilər. Məsələn, Metsamor AES–də istifadə olunan VVER tipli reaktora malik Çernobıl AES–in dördüncü blokunda 1986–cı il aprelin 26-da baş verən məlum qəza zamanı məhz mühafizə örtüyünün olmaması ucbatından ətraf mühitə səpələnən 7 tondan çox radioaktiv maddə böyük ərazilərdə qlobal ekoloji fəlakət yaradıb. Dördüncü blokun sarkafaqının altında qalmış 150 tona yaxın radioaktiv nüvə yanacağı isə bu gün də böyük təhlükə mənbəyidir”.Professor qeyd edib ki, Avropa İttifaqı (Aİ) Metsamor AES–in müasir beynəlxalq təhlükəsizlik kriteriyalarına cavab vermədiyi üçün bağlanmasını və tikiləcək yeni AES-in beynəlxalq təhlükəsizlik normalarına uyğun olmasını təkidlə tələb edir. Aİ hətta mövcud AES–in konservasiyası üçün 220 milyon avro verməyə də hazırdır.“Erməni ekspertləri utanmadan etiraf edirlər ki, onlar AES–in tikintisinə bir qəpik belə xərcləməyiblər. Belə ki, stansiya SSRİ dövlətinin vəsaiti hesabına inşa olunub. Bu səbəbdən də elektrik enerjisi onlar üçün çox ucuz başa gəlir. Həmçinin ermənilər öz tarixi ənənələrinə sadiq qalaraq, ağlaşırlar ki, yeni AES –in tikintisinə beş milyard dollar vəsait lazımdır. Ermənistanın Azərbaycanla müharibə şəraitində olması və Türkiyə tərəfindən blokadaya alınması isə guya onların bu arzularını reallaşdırmasına imkan vermir, investorların tapılması isə müşkül məsələdir”, - deyə E.Cəfərov vurğulayıb.Bugünkü reallıq barədə danışan alim diqqətə çatdırıb ki, Metsamor AES –in ikinci blokunun istismar müddətinin uzadılmasına dair Ermənistan və Rusiya arasında razılıq əldə edilib. Bu məqsədlə nəzərdə tutulan tədbirlərin reallaşdırılması və bəzi rekonstruksiya işlərinin aparılması üçün Rusiya tərəfi 2016–cı ildə Ermənistana 270 milyon dollar kredit, 30 milyon dollar isə qrant verməyi planlaşdırıb. Nəticədə Metsamor AES–in ikinci blokunun istismar müddəti 2026 –cı ilə qədər uzadılıb.Region dövlətlərinin hamılıqla etiraz səsini ucaltmasının vacibliyini vurğulayan E.Cəfərov deyib: “İran, Gürcüstan və xüsusən AES–dən cəmi 15 kilometr məsafədə yerləşən Türkiyənin mütəxəssisləri, müvafiq dövlət qurumları Azərbaycan mütəxəssislərinin səsinə səs verməlidir. Ermənistan əhalisi dərk etməlidir ki, Metsamor AES–in bugünkü vəziyyəti ən çox onların özü üçün təhlükə mənbəyidir. Odur ki, mövcud problem region dövlətləri ilə yanaşı, Ermənistan sakinlərini də narahat etməlidir. Hesab etmirəm ki, AES –də qəza baş versə, Yerevan şəhərində bir canlı sağ qala bilsin. Belə bir qəza ehtimalı isə çox yüksəkdir. 2011-ci il martın 11-də Yaponiyanın “Fukusima–1” AES –ində baş verən qəza göstərdi ki, bizim heç birimiz təbiətin şıltaqlığından sığortalanmamışıq və ən mükəmməl konstruksiyaya və mühafizə sisteminə malik reaktorlar belə bu cür kataklizmlər qarşısında acizdir”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info