Şəki ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır
Tarix: 25.05.2016 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Yeni iqtisadi mərhələdə kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, müasir tələblərə cavab verən iri istehsal və emal sahələri yaratmaq, torpaqlardan səmərəli istifadə etmək, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq qarşıya qoyulan başlıca vəzifələrdəndir.AZƏRTAC xəbər verir ki, bu fikirlər Şəkidə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirədə səsləndirilib.Müşavirədən əvvəl rayonlarda aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və şəhər icra hakimiyyətinin rəhbərliyi yerlərə gedərək fermerlərlə görüşüb, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.İşçi qrupunun üzvləri əvvəlcə Orta Zəyzid kəndinin ərazisində müasir texnologiyalar əsasında yeni salınan meyvə bağına baxıblar. 78 hektar ərazisi olan bağda İtaliya və Fransadan gətirilən müxtəlif növ meyvə - ərik, şaftalı, nektarin, armud və gavalı tingləri əkilib. Hazırda ərazidə aqropark yaradılır. Burada soyuducu kameraların, qablaşdırma və digər obyektlərin tikintisi nəzərdə tutulub. İstehsal olunacaq ekoloji təmiz məhsul daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılacaq.Sonra Çeşməli kəndinin ərazisində yerləşən “Fauna” MMC-nin müasir istixana kompleksi ilə tanışlıq olub. İllik istehsal gücü 800 ton olan istixanada yetişdirilən pomidor əsasən Rusiya bazarlarına göndərilir. İşçi qrupunun üzvləri Böyük Dəhnə kəndində ipəkqurdunun bəslənməsi prosesi ilə də tanış olublar.Dövlət qurumlarının rəsmiləri sonra Şəki şəhərində fəaliyyət göstərən “Sünbül” çörək zavoduna gəliblər. Bildirilib ki, müəssisədə hazırda gün ərzində 5-6 ton çörək istehsal edilir.Mayın 25-də şəhər icra hakimiyyətinin iclas zalında fermerlərin, aqrar sahədə çalışan sahibkarların, təsərrüfat rəhbərlərinin, kənd təsərrüfatı mütəxəssislərinin, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov rayonda kənd təsərrüfatı işlərinin gedişi, ənənəvi sahələrdən olan taxılçılığın, baramaçılığın, tütünçülüyün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Şəkidə 2016-cı ilin məhsulu üçün 67 min 373 hektar sahədə payızlıq taxıl əkilib. Cari mövsümdə rayonda 200 min tondan çox taxıl istehsal edilməsi proqnozlaşdırılır. Rayonda baramaçılığın və tütünçülüyün inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur.Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov dövlətimizin başçısının müvafiq tövsiyə və tapşırıqlarına əsasən yaradılan işçi qrupu tərəfindən yerlərdə keçirilən belə müşavirələrin rayonların aqrar sahədə potensialını və imkanlarını öyrənmək, mövcud problemlərlə bağlı fermerlərlə açıq fikir mübadiləsi aparmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, tütünçülük və baramaçılıq kənd təsərrüfatında ən gəlirli sahələrdən hesab olunur və bu sahələrin çox böyük perspektivləri var. Dövlət bu sahələrə uzunmüddətli inkişaf baxımından yanaşır. Tütünçülük və baramaçılığın inkişafı üçün bütün imkanlar səfərbər edilib, hədəflər müəyyənləşdirilib.Diqqətə çatdırılıb ki, bu il rayonda 730 hektarda tütün əkilməsi nəzərdə tutulub. 1986-cı ilin statistik göstəricilərinə görə, rayonda tütün əkini sahələri 3013 hektar, tütün istehsalı isə 15195 ton təşkil edirdi. Tütün istehsalının həcminə görə Şəki respublikada ilk yerlərdən birini tuturdu.Qeyd olunub ki, bu il rayonda barama istehsalının 8,5 tona çatdırılması planlaşdırılır. Vaxtilə rayonda 331 ton barama istehsal olunurdu. Bütün bunlar göstərir ki, Şəkidə tütünçülük və baramaçılıq sahəsində böyük təcrübə toplanıb, bu sahələrin inkişafı üçün yaxşı imkanlar var.Ölkənin davamlı və dayanıqlı inkişafının təmin olunmasında aqrar sektorun rolunu xüsusi vurğulayan Azər Əmiraslanov bildirib ki, respublika əhalisinin yarısı kənd yerlərində yaşayır, məşğul əhalinin 40 faizə yaxını kənd təsərrüfatında çalışır. Aqrar sahədə çalışan işçilərin, fermerlərin həyat səviyyəsinin yüksəldilməsi sosial baxımdan dövlətin əsas vəzifələrindən biri olaraq müəyyən edilib.Müşavirədə kənd təsərrüfatına dövlət dəstəyinin təşkili, torpaqlardan səmərəli istifadə edilməsi, iri təsərrüfatların və aqroparkların yaradılması, kənd təsərrüfatında uçot və statistika işinin düzgün qurulması və digər məsələlər geniş müzakirə olunub.Diskussiya şəraitində davam edən müşavirədə həlli vacib olan bir sıra problemlərdən bəhs edilib, təkliflər səsləndirilib. Bildirilib ki, suvarma işlərini yaxşılaşdırmaq üçün Əlican çayı üzərində iritutumlu su bəndinin tikintisinə, Cəyirli su anbarının yenidən qurulmasına, Şirvan kanalı üzərində quraşdırılan Xanabad nasos stansiyasının istismara verilməsinə ehtiyac var. Müşavirədə, həmçinin aqroservis xidmətinin yaxşılaşdırılması, maşın-traktor parkının yenilənməsi, servis xidmətlərinin tarif qiymətinin aşağı salınması, Turan qəsəbəsində və Aşağı Göynük kəndi ərazisində yanğından mühafizə bölmələrinin yaradılması və digər məsələlər barədə təkliflər səsləndirilib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info