“Qondarma rejimin BMT-də “bəyanat” yayması xəbəri Ermənistan XİN-nin növbəti uydurmasıdır”
Tarix: 25.05.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında “bəyanat” yayması barədə xəbərlər Ermənistan XİN-nin növbəti uydurmasıdır”. 
Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 
O bildirib ki, Ermənistan XİN-də xülya və mifologiyanın reallıq ilə qarışıq salınması artıq heç kimi təəccübləndirmir: “Əslində, Ermənistanın BMTyanında Daimi Nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMTsisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir. Ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları maklatura məqsədilə istifadə edilir”. 
Xatırladaq ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejim “Twitter” səhifəsində separatçı qurumun "Xarici İşlər Nazirliyinin" BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı bəyanatının yayıldığı barədə məlumat yerləşdirib. 
Məlumatda bildirilir ki, erməni silahlı bölmələrinin Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş ağ fosforlu silahdan istifadə etməsi barədə rəsmi Bakının iddiaları əsassızdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info