Fransada etiraz tətilləri böyüyür
Tarix: 25.05.2016 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Artıq Fransanın 8 iri neft emalı zavodundan 7-si əmək qanunvericiliyində nəzərdə tutulan islahatlara qarşı çıxan nümayişçilər tərəfindən zəbt olunub. Ölkədə kəskin yanacaq çatışmazlığı hiss olunur. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, bir çox halda yanacağın satılmasına məhdudiyyətlər qoyulur, bəzi məntəqələr isə fəaliyyətini ümumiyyətlə dayandırıb.”Euronews” telekanalı xəbər verir ki, mayın 24-də polis əməkdaşları Fransanın Fos-sür-merdəki ən iri neft terminalına daxil olmağa çalışsa da, blokadanı tam aradan qaldırmağa nail ola bilməyib. Belə ki, avtosisternlər yenə də anbara yaxınlaşa bilmir.RİA Novosti informasiya agentliyinin yaydığı xəbərə görə, AES işçiləri də etiraz aksiyalarına qoşulmağa hazırlaşırlar. “Ümumi Əmək Konfederasiyası” həmkarlar ittifaqının (CGT) üzvləri ölkənin cənub-şərqindəki Nojan-sür-Sen kommunasının ərazisində yerləşən Nojan AES-də 24 saatlıq tətil keçirməyi qərara alıblar. Həmkarlar ittifaqının rəsmi nümayəndəsi Loran Lanqlar bildirib ki, bu gün digər AES əməkdaşlarının da müvafiq qərar qəbul edəcəkləri gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info