“Aprel döyüşlərində itkilər İrəvanın yuxulu xarici siyasətinin nəticəsidir”
Tarix: 25.05.2016 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Armen Melikyan:Bizim situasiyanı dəyişmək, boşluqları və səhvləri aradan qaldırmaq üçün cəmi bir neçə ayımız qalıb”

“Apreldəki dördgünlük döyüşlərdə insan və ərazi itkiləri, İrəvanın yuxulu xarici siyasətinin nəticəsidir”. “Armenia Today” yazır ki, bu barədə mətbuat konfransında qondarma “DQR”in “sabiq naziri” Arman Melikyan bildirib. Onun sözlərinə görə, aprel hadisələrinə qədər Ermənistan qeyri-stabil və anlaşılmaz status-kvo ilə məşğul olub: “Bu isə erməni tərəfində münaqişənin nizamlanması ilə bağlı konkret proqramın olmaması ilə əlaqədardır.
Təəssüf ki, Ermənistanda heç bir siyasi qüvvə münaqişənin tənzimlənməsi ilə bağlı konkret proqrama malik deyil. Hazırda bütün siyasi danışıqlar Madrid prinsiplərinə və “DQR”in tanınıb-tanınmamasına söykənir. Amma bu iki variantın heç biri problemin həllinə təsir edə bilmir”.
Arman Melikyanın fikrincə, erməni tərəfinin əsas səhvi münaqişənin tənzimlənməsində təşəbbüskarlıq göstərməməkdir: “Bu və ya digər təkliflər Azərbaycan və ya Minsk qrupunun həmsədrləri tərəfindən edilir. Ermənistan isə bu təkliflər axınında üzməklə, alternativ nizamlama proqramı yaratmaq istəmir. Bizim situasiyanı dəyişmək üçün cəmi bir neçə ayımız qalıb. Hakimiyyət tərəfindən buraxılan səhvləri və boşluqları düzəltməliyik. Bizə inqilab lazım deyil, amma yanaşmaları dəyişməliyik”.
Melikyanın fikrincə, bu məsələlərlə bağlı tezliklə yeni qərarlar qəbul etmək lazımdır, yoxsa Ermənistan üçün situasiya daha acınacaqlı olacaq.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
19.07.2019
Jurnalistlər üçün Apifioterapiya mərkəzində pulsuz müayinə
19.07.2019
Azərbaycanda yeni internet televiziya yaradılıb
18.07.2019
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info