Moskvada MDB İqtisadi Şurasının 70-ci iclası keçiriləcək
Tarix: 25.05.2016 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Mayın 27-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 70-ci iclası keçiriləcək. İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrinə aid məsələlərin geniş kompleksi daxildir. Maliyyə və iqtisadiyyat sahəsində aktual məsələlərin həllinə dair Birgə Fəaliyyət Planının, habelə 2020-ci ilə qədər olan dövrdə nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətlərinin həyata keçirilməsinin gedişi müzakirə mövzusu olacaq.Dağ-mədən və metallurgiya, avtomobilqayırma sahələrində əməkdaşlıq, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının qarşılıqlı tanınması, kontrafakt məhsulların istehsalına və yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq barədə sazişlərin layihələri nəzərdən keçiriləcək.İclas iştirakçıları informasiya cəmiyyətinin qurulmasında və inkişafında MDB dövlətlərinin əməkdaşlıq strategiyasının layihəsini, energetika sahəsində əməkdaşlıq konsepsiyasının reallaşdırılması üzrə təxirəsalınmaz tədbirlərin, habelə meşə təsərrüfatı və meşə sənayesi sahəsində əməkdaşlığın əsas istiqamətlərinin reallaşdırılması üzrə tədbirlərin birinci mərhələsinin planlarını müzakirə edəcəklər.İqtisadi Şuranın üzvlərinə MDB dövlətlərində işgüzar şərait, investorlara güzəştlər, azad iqtisadi zonalar, sənaye parkları və elmi-texniki parklar barədə icmal təqdim ediləcək.Bundan əlavə, iclas iştirakçıları bir sıra büdcə-maliyyə və təşkilati məsələləri müzakirə edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info