Naxçıvanda tarixi əhəmiyyət daşıyan yeni qaya işarələri aşkar olunub
Tarix: 25.05.2016 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında aparılan araşdırmalar zamanı qaya işarələri aşkar olunub. Naxçıvanda ilk dəfə aşkar olunan bu işarələrin bənzərlərinə Araz çayından cənubda və Şərqi Anadoluda rast gəlinib.
Bu barədə AZƏRTAC-a müsahibəsində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev məlumat verib.Vəli Baxşəliyev deyib ki, tarixi mənbələrə əsasən, eramızdan əvvəl urartular Naxçıvan ərazisini işğal edə bilməsələr də, buraya dağıdıcı yürüşlər təşkil ediblər. Naxçıvanın qədim sakinləri bu yürüşlərin qarşısını almaq üçün möhtəşəm qalalar tikiblər. Sədərək qalası, Oğlanqala, Qarasu qalası, Qız qalası urartuların qərbdən və Arpaçay vadisindən edilən hücumlarının qarşısını alıb. Bu istiqamətdə müqavimətə rast gələn düşmən qüvvələri öz hücumlarını Əlincəçay vadisindən gerçəkləşdirmək istəyiblər. Naxçıvana daxil olan yolları Qazançıqala kimi möhtəşəm qala qoruyurdu. Qaya işarələri də məhz Qazançıqala yaxınlığında aşkar olunub.
AMEA-nın müxbir üzvünün sözlərinə görə, geniş bir coğrafiyada yayılan qaya işarələrinin anlamı tam açılmasa da, ehtimallara görə, bu işarələr müəyyən mərasimlərin icrası və qurbankəsmə ilə bağlı ola bilər. Belə nəticəyə gəlmək olar ki, Qazançı qalasına hücuma hazırlaşan urartular Ərəfsə kəndi yaxınlığında dayanaraq qurbankəsmə mərasimi keçiriblər. Qədim dünyanın bir çox xalqlarında daş dəyişməyən, yenilənməyən əbədi dünyanın simvolu olmuşdur. Qaya işarələrinin də qazılması dini inanclarla bağlı olub. Düşünülüb ki, bu işarələr onlara uğur gətirəcək. Lakin Culfa rayonunun köhnə Xoşkeşin kəndi yaxınlığında eramızdan əvvəl 810-786-ci illərdə hakimiyyətdə olmuş Urartu kralı Menuaya aid kitabə bu yürüşün uğursuzluğundan xəbər verir. Qələbə çala bilməyən Menua Ərəzin kəndindən keçərək, Arazın cənubunda Pluadi adlı yerdə urartuların baş tanrısı Xaldinin şərəfinə qala və məbəd tikdirir, qurban kəsdirir.Vəli Baxşəliyev vurğulayır ki, Urartu krallarının dağıdıcı yürüşlərinə baxmayaraq, onlar heç vaxt bu ərazini işğal edə bilməyiblər. Baş tanrının şərəfinə Naxçıvanda deyil, Arazın cənubunda qala və məbəd tikdirilməsi onların bu ərazidə möhkəmlənə bilmədiyini təsdiq edir. Digər tərəfdən urartuların Naxçıvanda məskunlaşması ilə bağlı heç bir epiqrafik və arxeoloji dəlil yoxdur.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info