AMEA-da və ali məktəblərdə doktorluq təhsili üzrə yeni model hazırlanacaq
Tarix: 25.05.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


"Beynəlxalq elmi əlaqələrin dinamik inkişafı və dünya elmi nailiyyətlərinin öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir”. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin iclasında bildirib ki, ölkədə təhsil sahəsində aparılan islahatlar bakalavr və magistratura pillələrində əhəmiyyətli nəticələr verir. Onun sözlərinə görə, beynəlxalq elm aləminə tam inteqrasiya üçün elmi dərəcələr üzrə də islahatlara ehtiyac yaranıb. O qeyd ki, bu istiqamətdə 2015-ci ilin dekabr ayından etibarən Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi fəaliyyətə başlayıb: "Layihənin baş koordinatoru Fransa Respublikasının Monpelye Universitetidir. Layihə çərçivəsində AMEA-da və respublikanın ali təhsil müəssisələrində doktorluq təhsili sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni modelin hazırlanması nəzərdə tutulub. Bu da öz növbəsində AMEA qarşısında doktorantura təhsilində islahatlar istiqamətində öhdəliklər yaradır".
İclasda AMEA-nın elmi qurumlarına Azərbaycanda doktorantura təhsilinə dair təkliflərin hazırlanması tapşırılıb. Həmçinin layihə çərçivəsində cari işlərin həyata keçirilməsi, təkliflərin toplanması və sistemləşdirilməsi üçün AMEA-da işçi qrupun yaradılması qərara alınıb. Bundan başqa, Rəyasət Heyəti aparatının müvafiq idarələrinə layihə çərçivəsində beynəlxalq öhdəlik və əsas vəzifələrin həyata keçirilməsi, eləcə də layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması və onun populyarlaşdırılmasının təmin edilməsinə dair tapşırıqlar verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib
21.01.2019
“AZƏRSUN HOLDİNQ”-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info