“İrəvanın maddi və mənəvi irsi” mövzusunda elmi-praktik konfrans
Tarix: 25.05.2016 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) gənc tədqiqatçıların “İrəvanın maddi və mənəvi irsi” mövzusunda elmi-praktik konfransı keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən birgə təşkil olunub.“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi orta əsr şəhər mədəniyyətinə malik Azərbaycanın İrəvan şəhəri, onun dövlətçiliyimizin tarixindəki yeri, ictimai-siyasi və mədəni rolunu və eyni zamanda, bu qədim torpaqlarımıza köçürülmüş ermənilərin tarixi saxtalaşdırmalarını elmi əsaslarla araşdırmaqdan ibarətdir.Tədbirdə İrəvanın maddi-mədəniyyət abidələrinin, mənəvi irsin tədqiqi və təbliğində gənc tədqiqatçıların rolunun genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Alim deyib: “İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib”.
Y.Mahmudov qeyd edib ki, Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” kitabı Azərbaycan, ingilis, rus, rumın, italyan, ispan və ərəb dillərində çap olunub. Alim vurğulayıb ki, ermənilərin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir. Təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr edib.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Musa Qasımlı və digər çıxış edənlər də İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəklikləri dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.
Sonra gənc tədqiqatçıların “İrəvan - qədim Azərbaycan torpağı (mədəni-tarixi aspektdə”, “İrəvan şəhəri – erməni terrorunun ilk hədəfi”, “İrəvanın azərbaycanlı ziyalılarının maarifçilik fəaliyyəti (XIX–XX əsrlərdə)”, “İslam memarlıq abidələri sırasında İrəvan məscidləri”, “Azərbaycanın qala şəhəri – İrəvan”, “İrəvanda Azərbaycan incəsənəti nümunələri (tarixi aspektdə)” və digər mövzularda məruzələri dinlənilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info