“Türkiyədə ilk Soyqırımı muzeyi açmışıq”
Tarix: 26.05.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Bilal Dündar:
“Müxtəlif xəstəxanalarla protokol imzalayaraq, Azərbaycandan gələn xəstələrə endirimli müalicələr təşkil edirik”

Müsahibimiz Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündardır.
- Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının strateji hədəfləri nədən ibarətdir?
-Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasını 2006-cı ildə qurduq. Üzərimizə düşən vəzifəni bütün çətinliklər və mümkünsüzlüklərə baxmayaraq, müvəffəqiyyətlə icra etdiyimizə inanırıq. Bizim strategiyamız əvvəlcə mövzuları yaxşı bilib, ona görə plan və layihələrlərlə yola çıxmaqdır. Bütün gördüyümüz işlərin nəticəsi olaraq, 2012-ci ildə federasiyamız “İlin Müvəffəqiyyətli Vətəndaş Cəmiyyət Təşkilatı” seçilərək mükafata layiq görüldü.
- Bəs hansı layihə və tədbirlər həyata keçirmisiniz?
- Bu vaxta kimi bir sıra işlər görmüşük. Keçmişini bilməyən gələcəyini də bilməz. Keçmişinə sahib çıxmayan və ya çıxa bilməyən gələcəyinə də sahib çıxa bilməz. İki qardaş və dost ölkəyik. Bu, doğrudur. Amma keçmişdə bu iki ölkənin əlaqələrini və bir-birilərinə nə kimi fədakarlıqlar etdiklərini, kədərlənərək söyləyirəm ki, ictimaiyyət tam bilmir. Ona görə də Türkiyənin qurtuluş döyüşünü qazanmasında Azərbaycanın etdiyi maddi və mənəvi yardımları açıqlamaqla işə başladıq. Çanaqqalada yüzlərlə azərbaycanlı qardaşımızın könüllü gəlib şəhid olduqlarını anlatdıq. 1918-ci ildə Nuru Paşa əmrindəki Qafqaz İslam ordularının Azərbaycanı qırğından qurtardığını izah etdik.
Bu gün əlaqələrimizdən Bakı-Tiflis-Ceyhan boru xəttini, Bakı-Tiflis-Ərzurum qaz kəmərini, Bakı-Tiflis- Qars dəmiryolu kimi bir çox proyektləri izah edərək kim olduğumuzu, nələr etdiyimizi izah edərək yola davam etdik.
Türkiyədə oxuyan Azərbaycan və Naxçıvandan gələn tələbələrə əlimizdən gələn yardımlar etmişik. Onları yeməkli, musiqili gecələrimizə dəvət etmişik, avtobusla təmin edərək tarixi yer olan Çanaqqalanı gedib görmələrini, tarixi məlumatlara sahib olmalarını təmin etmişik. Bunlardan çalışqan və yoxsul olanlara müxtəlif yerlərdən qarşılıqsız təqaüdlər təmin etməyə çalışmışıq.
Hər il 26 fevralda Türkiyə Böyük Millət Məclisinə 40 nəfər heyətlə gedərək Xocalı soyqırımı ilə əlaqədar çıxışları dinləyib səlahiyyətlilərlə bu mövzuları müzakirə edirik.
Sırf Kocaelində və Kartepe, Derince rayonlarında Heydər Əliyev adına parkların açılışını təmin etmişik.
Kocaelidə Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi 2012-ci ildə böyük mərasimlə tərəfimizdən açıq elan edildi. Burada Heydər Əliyev kitabxanası var. Türkiyədə ilk Soyqırımı muzeyi açmışıq. Bu günə qədər 200 min adam oranı ziyarət edib. Sakarya, Kocaeli və İstanbul universitetləri ilə əməkdaşlıq edərək Türkiyə-Azərbaycan mövzulu konfranslar keçirmişik.
İzmit Bələdiyyəsi ilə protokol imzalayaraq Xocalı Şəhidlər abidəsini 2015-ci ildə açmışıq. Eyni gündə Prezident İlham Əliyev adına parkın açılışını etmişik.
İzmirdə, Balıkesirdə və bir çox yerlərdə bənzər park və şəhidlər abidəsini açmışıq. Burada müxtəlif xəstəxanalarla protokol imzalayaraq, üzvlərimizə və Azərbaycandan gələn xəstələrə endirimli müalicələr təşkil etdiririk.
- Təcrübəli diaspor nümayəndəsi olaraq gənc diaspor fəallarına nə kimi tövsiyələr verirsiz?
-Gənclər ölkəsini, vətənini, millətini və bayrağını sevsinlər. Yaxşı təhsil alsınlar. Çox, həm də çox-çox çalışsınlar. “Mən” deyil, işbirliyi və əməkdaşlıq edərək “biz” desinlər. Keçmişlərini yaxşı bilib ona sahiblənsinlər. Bunu edərlərsə, gələcəyə möhkəm addımlar ataraq gedəcəklər.
- Türkiyədə erməni diasporuna qarşı lazımi cavab verə bilirsizmi?
-Erməni diasporu güclü deyil. Erməniləri öz mənfəətləri üçün istifadə edən dövlətlərin güclü olduğunu bilməmiz lazımdır. “Bir qaşıq suda fırtına qoparan” ermənilərdən 250 min adamın Türkiyədə qeyri-qanuni çalışıb qarınlarını doyuraraq Ermənistandakı ailələrinə pul göndərdikləri ortadadır.
Azərbaycanın işğal edilən torpaqları geri alınana qədər Qafqaza gerçək mənada barış gəlməyəcək. Bu vəziyyətin davam etməsindən ən böyük zərəri ermənilər görür və də görəcəklər.
- Diaspor təşkilatlarının Diasporla İş üzrə Dövlət Komitəsindən gözləntiləri nədir?
-Diasporda gerçək fəaliyyət göstərən, səmimi və doğru çalışan təşkilatlara pul köməkliyi etmələri şərtdir. Pulsuz diaspor olmur. Komitədə çalışanların diaspor təşkilatlarını yaxşı tanıyıb hər vaxt əməkdaşlıq etməsi lazımdır. Unutmasınlar ki, iki qardaş ölkə üçün könüllü çalışanlarla sevgi və hörmət çərçivəsi içində əməkdaşlıq daha müvəffəqiyyətli ola bilər.
Təşkilatları daha yaxşı tanımaq, əməkdaşlıq etmək üçün komitədə vəzifəli şəxslərin uzunmüddətli və davamlı eyni adam olmasında fayda var. Qısa vaxtda dəyişən insanlar təşkilatı tanımadan başqa bir vəzifəyə təyin edilincə məhsuldar iş olmur.
- Ümumiyyətlə, Azərbaycan diasporunun inkişafını necə qiymətləndirirsiz?
- Diaspor işinin davamlı olması lazımdır. Bizim diasporumuzu Azərbaycan başlatdı. Düzdür, gec başladıq, amma sürətli addımlarla hədəfə doğru çalışmaqdayıq. Bu fəaliyyət ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə başladıldı. Bunu icra etmək üzrə diasporla bağlı dövlət komitəsi quruldu.
Komitə az sayda işçi ilə böyük işləri bacardı. Necə ki, 3-4 iyunda Dünya Azərbaycanlılarının 4-cü qurultayı Bakıda reallaşacaq. Bizlər də Federasiya olaraq bu qurultaya hazırlaşmaqdayıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info