Fransada etiraz dalğası güclənir
Tarix: 26.05.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Yeni qanun layihəsi işəgötürənlərə işçilərin iş müddətini artırmaq və maaşlarını aşağı salmaq səlahiyyəti verir
Fransada sosial etiraz aksiyaları daha da güclənməkdədir. Neft emalı sahəsində baş verən tətil və etirazlara yeni çalarlar əlavə olunub. Qeyd edək ki, ölkədə sıx etirazların hədəfi olan yeni iş qanunu layihəsinin qəbul edilməsi zamanı gündəlik maksimum 10 saatlıq iş müddəti 12 saata çıxarılacaq, iş müqaviləsində dəyişiklik etmək istəyən işçilər işdən çıxarıla biləcək, yarı zaman çalışan işçilərin həftəlik 24 saat olan minimum iş müddəti aşağı salınacaq, çox işlərdə daha az ödəniş ediləcək.
Yeni layihə, həmçinin işəgötürənlərə işçilərin iş müddətini artırmaq və maaşlarını aşağı salmaq səlahiyyəti verir. Məclisdə yeni layihənin qəbul edilməsi üçün senatda da təsdiqlənməsi lazımdır. “RİA Novosti” informasiya agentliyinin yaydığı xəbərə görə, AES işçiləri də etiraz aksiyalarına qoşulmağa hazırlaşırlar. “Ümumi Əmək Konfederasiyası” həmkarlar ittifaqının üzvləri ölkənin cənub-şərqindəki Nojan-sür-Sen kommunasının ərazisində yerləşən Nojan AES-də 24 saatlıq tətil keçirməyi qərara alıblar. Həmkarlar ittifaqının rəsmi nümayəndəsi Loran Lanqlar bildirib ki, digər AES əməkdaşlarının da müvafiq qərar qəbul edəcəkləri gözlənilir.

Fransızlar "Google"
ofisinə basqın etdi


Dünyanın ən böyük texnologiya şirkətlərindən olan “Google”nin Parisdəki ofisi, vergidən yayınma iddiasıyla Fransanın səlahiyyətli şəxsləri tərəfindən basqına məruz qalıb. Əldə edilən məlumata görə, fransız maliyyə mütəxəssisləri və polis, “Google”nin paytaxtdakı ofisinə vergidən yayınma və çirkli pulların yuyulması iddialarına əsasən əməliyyat həyata keçirib. Basqının çox gizli və yüksək təhlükəsizlik tədbirləri altında keçirildiyi, əməliyyata təxminən 100 maliyyə mütəxəssisi, polis və xüsusi səlahiyyətli vəzifəlilərin də qatıldığı bildirilir.
Basqından əvvəl əməliyyatın məxfiliyini qorumaq məqsədilə Maliyyə Nazirliyinin, daxili rabitə sistemini sıradan çıxardığı da iddia edilir.
Fevral ayında “Google”nin 1,6 milyard avro yığılmış vergi borcu olduğu və bu borcu ödəmək üçün Fransa Maliyyə Nazirliyində işlərə başladıldığı xəbərləri çıxmışdı. Maliyyə Nazirliyi səlahiyyətliləri, iddiaları gizlilik səbəbiylə cavabsız buraxmışdı. Bəzi qaynaqlar isə “Google” İrlandiyanın Fransada qaydalara zidd əməliyyatlar həyata keçirdiyi, mənfəət vergisi və əlavə dəyər vergisi ödəmədiyi iddialarının da olduğunu deyir.
“Google” isə bu basqının ardınca verdiyi açıqlamada fransız qanunlarına tam uyğun bir əməliyyat icra etdiklərini, səlahiyyətlilərlə əməkdaşlıq etməyə diqqət göstərdiklərini bildirdi. “Google”nin Avropa nümayəndəsi Al Verney, "Səlahiyyətlilərin bütün suallarına cavab verərək, əməkdaşlıq edirik. Fransız qanunlarına tam mənasıyla hörmət edirik” deyib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info