Moldova uğrunda Rusiya-Qərb savaşı
Tarix: 26.05.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


İqor Dodon: “Qərb maliyyə vəsaiti ayıraraq Moldovanı öz orbitində saxlamağa çalışacaq”
Moldovaya nəzarət uğrunda Qərblə Rusiya arasında siyasi mübarizə qızışır. Moldova parlamentinin deputatı İqor Dodon “Nezavisimaya qazeta”ya açıqlamasınqda bildirib ki, Qərb ciddi maliyyə yardımı ayıraraq hazırkı Qərbmeyilli hakimiyyəti qorumağa çalışaraq Rusiyameyilli şəxsin prezident seçilməsinə imkan vermək fikrində deyil.
Sosialistlərdən deputat olan Dodon deyib ki, ölkədə səfərdə olan BVF nümayəndələri iqtisadiyyatla bağlı müsbət rəyə verəcəklər ki, Qərbdən büdcəni doldurmaq üçün müəyyən vəsaitlər cəlb edə bilsinlər. Bu isə baş nazir Pavel Filat üçün postunu qorumaqla yanaşı, prezident seçkisinə qatlımaq imkanı yaratmaq deməkdir. Moldovada prezident seçkiləri oktyabr ayında keçiriləcək. Amma indidən seçki yerli KİV-in əsas müzakirə mövzusuna çevrilib. Kimin prezident olacağı, hansı siyasi xətti həyata keçirəcəyi siyasilərlə yanaşı, sadə vətəndaşları da düşündürməyə başlayıb. Ölkədə keçirilən sorğular göstərir ki, Rusiya, Gömrük İttifaqı ilə əlaqələri dəstəkləyənlərin sayı az deyil. Buna görə, ölkə rəsmi nümayəndə heyətinin bu yaxınlarda Vaşinqtona etdiyi səfər qızğın müzakirələrə səbəb olub. Heç bir rəsmi vəzifə daşımayan Demokratik Partiyasının sədr müavini, oliqarx Vladimir Plaxotnyukun həmin heyətinin tərkibində olması birmənalı qarşılanmayıb. ABŞ-ın Ukraynadakı keçmiş səfiri, Atlantik Şurasının Avrasiya mərkəzinin rəhbəri Con Herbest Plaxotnyukun nümayəndə heyətinin tərkibində Vaşinqtona səfərini belə izah edib: “Biz Moldovanın Avropa perspektivinə inanırıq. Ona görə də Moldovanın rəsmi şəxsləri, heç bir rəsmi vəzifə tutmayan nüfuzlu, tanınmış insanları ilə görüşümüzün məqsədi bu kursu dəstəkləməkdir”. Maraqlıdır ki, moldovalı oliqarxı Con Herbestdən savayı, dövlət katibinin köməkçisi Viktoriya Nuland da qəbul edib. Moldova mətbuatı yazır ki, xanım Nuland parlament çoxluğunun, bu tempdə fəaliyyət davam edəcəyi təqdirdə Vaşinqtondan ciddi dəstək alacağını vəd edib. Yerli ekspert Arkadiy Barbaroişe “Nezavisimaya qazeta”ya bildirib ki, bu görüşlərdən sonra Plaxotnyukun da payızda keçiriləcək seçkidə namizəd olacağı bildirilir: “Prezident seçkiləri 2018-ci ildə keçiriləcək parlament seçkisinin yoxlaması olacaq. Belə ki, prezident seçkilərində xalqın hansı siyasi xəttə üstünlük verəcəyi aydınlaşacaq. Bu gün aydındır ki, İqor Dodon ikinci tura keçəcək. Amma onun rəqibinin kim olacağı bəlli deyil. Qərbdən qrant alınacağı təqdirdə hökumət payızda maaşları, pensiyaları verərək etimadını saxlaya bilər. Qərb maliyyə vəsaiti ayıraraq Moldovanı öz orbitində saxlamağa çalışacaq”. Sosialistlərin lideri İqor Dodon bildirib ki, Qərb sol cəbhəyə ciddi şəkildə təzyiq edərək Moldova və Rusiya yönümlü şəxsin hakimiyyətə gəlməsini əngəlləməyə çalışır. Seçkilərdə sol elektoratın təmsilçisi də Dodon özü olacaq. Qarşı tərəfin namizədi hələ müəyyənləşməyib. Avropanın istəyi ilə sağ partiyalar vahid namizədlə iştirakla bağlı müzakirələr aparır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info