İraqın hava limanlarını Rusiya radarları qoruyacaq
Tarix: 26.05.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


“İraq, hava limanları üçün müasir rus radar sistemləri alır. Radar sistemlərini bu ölkəyə çatdırılması, demək olar ki, yekunlaşır”. Bu barədə məlumatı Rusiyanın Radiolokasiya Stansiyasının mətbuat xidmətindən bildiriblər.
Birləşmiş Cihazqayırma Şirkəti (BHŞ) İraq Respublikasında elektron hava avadanlıqlarının çatdırılmasını təmin edib. Yeni avadanlıq bütün intensiv hava uçuşlarına nəzarət sistemini, o cümlədən, avtomatlaşdırılmış hava nəqliyyatına nəzarət sistemini həyata keçirmək iqtidarındadır. Qeyd edək ki, İraqda quraşdırılacaq “AORL-1AS” radarları Çelyabins “Polyot” radiozavodunun istehsalı olan havadan müdafiə sistemi yeni nəsil radarlar sinfinə daxildir. Bu radarlar artıq neçə müddətdir ki, Rusiyanın hava limanlarında uğurla tətbiq edilir. “AORL-1AS” radarları əsas kanalda 160, orta kanalda isə 400 kilometr məsafədəki təyyarələrin koordinatlarını dəqiqliklə müəyyən etmək iqtidarındadır. Şirkət rəhbərliyinin məlumatına görə, final mərhələsində olan işlərin yekunu kimi, Bağdad əlavə təchizatlarla da təmin ediləcək. Xatırladaq ki, şirkətin məhsulları artıq Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq, o cümlədən dünyanın 30-dan çox ölkəsinə çatdırılıb. 2015-ci ildə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun keçirdiyi reytinqdə şirkətin məhsulları dünyanın 100 ən böyük silah istehsalçıları arasında 24-cü yeri tutub. O da qeyd edilməlidir ki, şirkətin illik ümumi gəliri 100 milyard rubldan artıq təşkil edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info