“Azərbaycanın nail olduğu iqtisadi inkişaf “Bakı möcüzəsi”dir”
Tarix: 26.05.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Koreyanın xarici işlər nazirinin müavini:
“Azərbaycan regionun sənaye gücü olmaq istiqamətində inamla irəliləyir”

Azərbaycanın Respublikasının Koreya Respublikasındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə paytaxt Seulda rəsmi qəbul təşkil edib.
Tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, özəl sektor, ali təhsil ocaqları və tədqiqat mərkəzlərinin təmsilçiləri, diplomatlar, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Səfir Rəmzi Teymurov Respublika Gününün əhəmiyyətindən söz açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və həmin dövrdə əldə olunan nailiyyətlər barədə məlumat verib. Səfir Azərbaycan ilə Koreya arasındakı siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərdən söz açıb, nəqliyyat, informasiya və telekommunikasiya, alternativ enerji, ətraf mühit və tikinti sektorlarında mövcud olan fəal əməkdaşlığı qeyd edib. R.Teymurov ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində Azərbaycanın sənaye, əczaçılıq, kənd təsərrüfatı, informasiya texnologiyaları, kimya sənayesi və turizm kimi sektorlarına Koreya sərmayələrinin cəlb edilməsinin önəminə diqqət çəkib. Səfir siyasi və iqtisadi dialoqun genişləndirilməsi çərçivəsində hər iki ölkə rəhbərliyi və digər səviyyələrdə baş tutmuş qarşılıqlı səfərlərin töhfələrini vurğulayıb, dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün sahələr üzrə daha da inkişaf etdiriləcəyinə inamını ifadə edib. Koreya Respublikası xarici işlər nazirinin müavini Kim Hyonq-cin Azərbaycan xalqını Koreya hökuməti adından təbrik edib. O, Azərbaycanı təkcə Asiya və Avropa ölkələri arasında körpü və Xəzər regionunun logistik mərkəzi kimi deyil, həm də öz sürətli iqtisadi inkişafına malik və islahat yönümlü rəhbərlik altında regionun sənaye gücü olmaq istiqamətində inamla irəliləyən ölkə kimi qiymətləndirib. Nazir müavini, həmçinin Azərbaycanın qısa müddətdə nail olduğu iqtisadi inkişafı “Bakı möcüzəsi” adlandırıb. Kim Hyonq-cin Koreya-Azərbaycan münasibətləri haqqında danışaraq iqtisadi, mədəni, təhsil, tikinti və digər sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri üçün potensialın olduğunu qeyd edib, Azərbaycanın zəngin təbii ehtiyatları ilə Koreyanın insan resursları və qabaqcıl texnologiyasının birlikdə ikitərəfli münasibətlərin inkişafına təkan verə biləcəyini bildirib. O, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın növbəti ay keçiriləcək görüşünün əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini bildirib, Koreyanın Azərbaycan üçün optimal tərəfdaş olacağına əminliyini ifadə edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info