Sumqayıtda növbəti əmək yarmarkası
Tarix: 26.05.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər təşkil olunur.
Belə tədbirlər çərçivəsində dünən Sumqayıt Dövlət Universitetində (SDU) məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə "Karyerada ilk addım" devizi altında növbəti əmək yarmarkası keçirilib. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Sumqayıt şəhər Dövlət Məşğulluq Mərkəzinin direktoru İlham Hüseynov dövlət tərəfindən gənclərin fəaliyyəti üçün yaradılmış geniş imkanlar sayəsində müasir gəncliyin cəmiyyətin ən qabaqcıl qüvvəsinə çevrildiyini bildirib. Qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi gənclərin məşğulluğunun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Belə tədbirlərin keçirilməsində məqsəd dövlət məşğulluq strategiyasına uyğun olaraq, gənclərin əmək bazarına çıxış imkanlarına yiyələnməsinə və onların uğurlu əmək karyerasına doğru ilk addımlarını atmalarına dəstək olmaqdır. Yuxarı kurslarda təhsil alan tələbələrlə, xüsusən əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən növbəti yarmarkada 7-si dövlət, 10-u özəl sektor, 1-i xarici şirkət olmaqla, 36 müəssisə və təşkilat tərəfindən 286 vakant vəzifə təqdim olunub. Yarmarkada Sumqayıt Təhsil Şöbəsi, “Azərikimya” İstehsalat Birliyi, Sumqayıt Texnologiyalar Parkı, “Gilan Tekstil Parkı”, “Atəşgah sığorta”, “BASF Kaspian Yapı Kimyasalları Sənaye” MMC, Sumqayıt Qaz İstismar Sahəsi, Karbamid zavodu, Kağız və Karton İstehsalı Kombinatı, “Mətanət-A” şirkəti, “Azbentonit” MMC və digər şirkətlər iştirak edib. Tələbə və məzunlar işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info