“İrəvanın maddi və mənəvi irsi” mövzusunda konfrans
Tarix: 26.05.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və AMEA-nın Tarix İnstitutunun elmi-təşkilati dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.
Tarix İnstitutunun mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, elmi-praktik konfransın keçirilməsində əsas məqsəd orta əsr şəhər mədəniyyətinə malik Azərbaycanın İrəvan şəhəri, onun dövlətçiliyimizin tarixindəki yeri, ictimai-siyasi və mədəni rolunun, ermənilər tərəfindən şəhərin məqsədyönlü şəkildə özününküləşdirilməsi yolunda apardığı vandal siyasətin araşdırılması, o cümlədən, maddi-mədəniyyət abidələrinin, mənəvi irsin tədqiqi və təbliğinə gənc tədqiqatçılar tərəfindən töhfə verməkdən ibarətdir. Bundan başqa, məqsəd konfransın gənc iştirakçılarının diqqətini erməni təbliğat maşınının fəaliyyətinə qarşı mübarizənin vacibliyinə yönəltməkdir. Layihə rəhbəri, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev konfransı açaraq, qeyd edib ki, Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir: “Bir çox hallarda müxtəlif beynəlxalq tədbirlərdə iştirak zamanı gənclərimizin məlumatsızlığı özünü göstərir. Bu həqiqətlər haqqında dünya ictimaiyyətinin, xarici ölkələrdə yaşayan gənclərin məlumatı azdır. Erməni alimləri tərəfindən aparılan məqsədyönlü təbliğat nəticəsində dünya ictimaiyyəti bilərəkdən çaşdırılır”. Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxışında bildirib ki, hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub: “İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - İrəvan xanlığının ərazisində cərəyan etmişdir”. Tarixçi-alim Y.Mahmudov qeyd edib ki, Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı Azərbaycan, ingilis, rus, rumın, italyan, ispan və ərəb dillərində çap olunub. “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir. Təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi”, - deyə AMEA-nın müxbir üzvü bildirib.
Konfransda çıxış edənlər qeyd ediblər ki, erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində on minlərlə tarixi adlar dəyişdirilərək erməniləşdirilib. Tədbirdə gənc tədqiqatçıların “İrbuni şəhər-qalasının tarixinə dair”, “İrəvan şəhəri - erməni terrorunun ilk hədəfi”, “İrəvan azərbaycanlı ziyalıların maarifçilik fəaliyyəti (XIX-XX əsrlərdə)”, “İslam memarlıq abidələri sırasında İrəvan məscidləri”, “Azərbaycanın qala şəhəri - İrəvan”, “İrəvanda Azərbaycan incəsənəti nümunələri” və digər mövzularda məruzələri dinlənilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info