Emil Balayev “Ayntraxt”la rəsmən vidalaşdı
Tarix: 26.05.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Bundesliqada qalmağı bacaran “Ayntraxt” klubunda 3 futbolçu ilə yolların ayrılacağı tam dəqiqləşib. Almaniya mətbuatı xəbər verir ki, komandadan göndəriləcək oyunçuların sırasında Emil Balayevin də adı var.
Azərbaycanlı qapıçının frankfurtlulara lazım olmadığını klubun meneceri Bruno Hübner təsdiqləyib. O bildirib ki, digər oyunçuların da taleyinə yaxın günlərdə aydınlıq gələcək: “Niko Kovaç “Ayntraxt”a yeni nəfəs verdi, komandanı yüksək liqada saxlamağı bacardı. Mən bir məşqçi kimi ona güvənirəm. Artıq gələcəklə bağlı planlar qurmaq lazımdı. İlk qərar 3 futbolçu - Konstan Djakpa, Yannik Zummak və Emil Balayevlə bağlı qəbul edilib. Çox diqqətli olmalıyıq. Daha kimlərlə yolları ayırmağa, kimlərlə davam etməyə düşünüb qərar verməliyik”. Makoto Hasebe və Enis Ben-Hatira ilə yeni müqavilə imzalamağa hazırlaşan “Ayntraxt” rəhbərliyinin Almaniya millisinin sabiq üzvü Miroslav Kloze ilə danışıq apardığı bildirilirdi. Lakin Hübner bu məlumatı təkzib edib: “Klozenin “Ayntraxt”a keçəcəyi ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu, həqiqəti əks etdirmir”. Qeyd edək ki, Emil Balayev 2014-cü ildə “Ayntraxt”a transfer edilmişdi.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info