Uqo Çavesin səhhəti pisləşib
Tarix: 05.03.2013 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Venesuela dövlət başçısı Uqo Çavesin ağciyər infeksiyası səbəbindən səhhətinin pisləşdiyi bildirilir.
İnformasiya naziri Ernesto Villegas rəsmi televiziya kanalında açıqlama yayaraq bildirib ki, dekabr ayında xərçəng səbəbindən Kubada dördüncü dəfə əməliyyat olunan Uqo Çavesin immun sisteminin zəifləməsi nəticəsində onda ağciyər infeksiyası yaranıb.
Villegas, fevralın 15-də ölkəsinə qayıdan və paytaxt Karakasda hərbi xəstəxanada kimyaterapeya müalicəsi alan Çavesin indiki vəziyyətini anladığını və hər zaman onun üçün dua etdiyini deyib.
Digər tərəfdən isə, müxalifət partiyaları xərçəngin Çavesin ağciyərlərinə doğru yayıldığını irəli sürərək hökuməti xalqa doğru və dolğun məlumat verməməkdə ittiham edib.
Xatırladaq ki, ilk dəfə 2011-ci ilin iyununda xərçəng diaqnozu qoyulan Çaves üç dəfə əməliyyatdan sonra xərçəngin yenidən yaranması səbəbindən dekabrda dördüncü dəfə əməliyyat edilməli olmuşdu. 58 yaşlı Çaves oktyabr ayında üçüncü dəfə prezident seçilmiş, lakin andiçmə mərasiminə qatılmamışdı.
Qeyd edək ki, Uqo Çaves dövlət başçısı postuna ən layiqli hesab etdiyi şəxsin vitse-prezident Nikolas Maduro olduğunu deyib.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info