Rusiyadakı Heydər Əliyev adına məktəbdə son zəng
Tarix: 26.05.2016 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Ulyanovsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adını daşıyan 78 saylı məktəbdə dərs ilinin başa çatması münasibətilə təntənəli mərasim keçirilib. Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov tədbirin fəxri qonağı olub.
Şagirdləri tədris ilinin başa çatması münasibətilə təbrik edən məktəbin direktoru Gennadi Tsarev deyib: “Son zəng çox sevindirici və bir az da kədərli bayramdır. Siz yetkin, ağıllı, müdrik olmusunuz, dəyişmisiniz və çox şeyi öyrənmisiniz. Bu, hamımızı sevindirir, axı bu, bizim nəsibimizdir. Bu gün ona görə kədərlidir ki, məzunlar məktəbi həmişəlik tərk edir. Mən onlara demək istəyirəm: sizi burada görməyə həmişə şad olarıq, mümkün qədər tez-tez bizə qonaq gəlin. Sizin uğurlarınızı və həyatdakı yüksəlişinizi müşahidə etməkdən daha böyük zövq ola bilməz”.Şəhərin meri Sergey Pançin məktəbin ünvanına təbrik göndərib.Tədbirdə çıxış edən İslam Hüseynov uşaqlara biliyə sevgi arzulayaraq deyib ki, onlar peşəni qəlbin səsi ilə seçməli, səylə çalışmalı, Vətənə fayda verməlidirlər.İ.Hüseynov Heydər Əliyev Fondu və Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsi adından məktəbin idman zalı üçün toplar, eləcə də ötən tədris ilində ən yaxşı nəticələr göstərən şagirdlərə hədiyyələr təqdim edib.Şagirdlər son zəng münasibətilə geniş bədii proqram təqdim edib, məktəb illərinə həsr olunan mahnı və şeirlər səsləndiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info