Azərbaycan nümayəndə heyəti Qroznıda beynəlxalq tədbirdə iştirak edib
Tarix: 26.05.2016 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Mayın 23-25-də Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin VII beynəlxalq görüşü keçirilib. Tədbirdə dünyanın 75 ölkəsinin nümayəndələri iştirak ediblər.AZƏRTAC xəbər verir ki, görüşün açılışında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov və Şimali Qafqaz Federal Dairəsində Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Melikov çıxış ediblər.Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və BMT Təhlükəsizlik Şurasının Antiterror İcraiyyə Komitəsinin icraçı direktorunun müavini Veytszonq Çen Rusiya Prezidenti Vladimir Putinin və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gİ Munun təbrik məktublarını oxuyublar.Görüşdə dünyanın müxtəlif regionlarında ekstremizmə və terrorizmə qarşı mübarizə, miqrasiya prosesləri, habelə beynəlxalq informasiya təhlükəsizliyi sisteminin formalaşması ilə əlaqədar məsələlər regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi kontekstində müzakirə olunub.Görüşdə Azərbaycan nümayəndə heyətinə başçılıq edən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev məruzələrlə çıxış edib.Prezident Administrasiyasının rəhbəri məruzələrində Azərbaycanın terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində müsbət təcrübəsini, habelə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əldə etdiyi uğurları diqqətə çatdırıb. Vurğulanıb ki, bu məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə diqqət mərkəzində və nəzarətindədir.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, habelə Belarus, Macarıstan və Rumıniya nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşdə Azərbaycan ilə Çeçenistan arasında dostluq münasibətləri xüsusi qeyd edilib, bu münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə təhlükəsizlik şuraları xətti ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi mövzusu müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Ülviyyə Cabbarova Finlandiya səfiri ilə görüşüb
23.06.2019
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23.06.2019
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
22.06.2019
Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır
21.06.2019
Qondarma mühacirlərin aqressiyası azalmır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info