I və IV qrup üzrə qəbul imtahanında 86 faiz 0-199 bal toplayıb
Tarix: 26.05.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Mayın 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb. 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilən imtahanların nəticələrinə əsasən, abituriyentlərdən 10 nəfəri 600-700 bal (0.08 %), 32 nəfəri 500-599 bal (0.27 %), 98 nəfəri 400-499 bal (0.83 %), 368 nəfəri 300-399 bal (3.11 %), 1109 nəfəri 200-299 bal (9.37 %), 10214 nəfəri isə 0-199 bal (86.33 %) arası nəticə göstərib.
Xatırladırıq ki, əvvəlki illərin məzunları ötən illər ərzində keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Adətən bu abituriyentlər cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar.
Qeyd edək ki, əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrinə  əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 12800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info