Bolqarıstanlı deputatların adı arzuolunmaz şəxslər siyahısına salınacaq
Tarix: 26.05.2016 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


“Bolqarıstanın Vətənpərvər Cəbhə Partiyasını təmsil edən parlament üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə özfəaliyyət xarakteri daşıyan qərəzli səfəri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edən cəhd kimi qiymətləndirilir”.Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, bu qanunsuz səfər Bolqarıstanda kimlərinsə Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq müstəvisində dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından ciddi narahat olduğunu göstərir: “Təəssüflər olsun ki, rəsmi Yerevan Vyana görüşündə qeyd olunan hərtərəfli və substantiv danışıqlara zəmin hazırlamaq əvəzinə, bu kimi lüzumsuz və mənasız təxribatçı əməllərlə məşğuldur. Sözügedən qanunsuz və təxribatçı səfərlə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi və qanunverici orqanına müraciət edəcək və narahatlığımızı çatdıracaq. Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info