“Apostrof”: “Ukraynalılar kütləvi şəkildə ölkələrindən köçürlər”
Tarix: 26.05.2016 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


“Hazırda xaricdə 2,5-3 milyon ukraynalı var”

Təxminən 3 milyon nəfərə qədər uktaynalı eyni zamanda xaricdə qazanc dalındadır və on minlərlə ukraynalı da hər il ölkədən gedərək daimi yaşayış üçün özünə İsraili, ABŞ-ı və Avropa Birliyi ölkələrini seçir.
Bu barədə Ukraynanın “Apostrof” media qurumu bildirir. Qeyd edilir ki, rəsmi statistika daimi yaşayış yerlərinə getməyən əmək miqrantlarının sayını açıqlamır, amma sosioloqlar bildirirlər ki, son iki ildə Ukraynadan getmək istəyənlərin sayı artıb.
Ukraynalılar daha çox qazanc dalınca Polşaya axışırlar, nadir hallarda isə Rusiyanı seçirlər. Rusiya artıq ukraynalı miqrantları yaxşı məvaciblə təmin edə bilmir.
Hazırda heç bir rəsmi Ukrayna qurumunda nə qədər ukraynalının xaricdə işlədiyi ilə bağlı dəqiq bir fikir bildirmirlər. Çünki qazanc dalınca xaricə gedənlərin çoxu bunu qeyri-leqal şəkidə edir. Onlar ya səfərlərinin məqsədlərini gizlədir, ya da qeydiyyatsız işləyirlər.
2010-cu ilin yanvarından 2012-ci ilin iyununun ortalarına qədər qazanca görə xaricdə olanların sayı 1,2 milyon nəfər təşkil edib. Ukrayna Milli Elmlər Akademiyasının demoqrafiya və sosial araşdırmalar İnstitutu qeyd edir ki, bu, əməkqabiliyyətli əhalinin 6 faizini təşkil edir. Ukrayna sosioloji araşdırmalar institutunun rəhbəri Olqa Balakirovanın qiymətləndirməsinə görə isə, hazırda xaricdə eyni zamanda 2,5-3 milyon ukraynalı var: “Ötən il institut vətəndaşların xaricə qazanc dalınca və ya dasimi yaşayış üçün getməsinə hazırlığı ilə bağlı iki dəfə anket sorğusu keçirib. Elə iki dəfə də vəziyyət yuxarıda qeyd edilən rəqəmləri ortaya çıxarıb. Daimi Ukraynada yaşamaq istəyuənlərin sayı 60 faiz təşkil edib. 15 faiz bu suala cavab verməkdəçətinlik çəkib, 25 faiz isə Ukraynanın yaşayış üçün digərlərindən yaxşı yer olduğu ilə razı deyil”. İnstitut sədrinin söpzlərinı görə, əhalinin dörddəbiri ölkədən getməyi üstün tutur.
Xaricə qazanc və iş daınca getməyin əsas səbəbi – Ukraynada işsizlik, aşağı əməkhaqqı və ixtisasa uyğun işlərin tapılmamasıdır. Təhlillərə görə, xaricə gedənlərin yarıya qədəri hər hansı bir işlə təmin olunmağa razıdır, digər yarısı isəixtisasa uyğun və ya onunla əlaqəli iş istəyir.
O da aşkara çıxıb ki, Ukraynadan həmişəlik getmək istəyənlərin sayı ölkənin 20 faizə qədərini təşkil edir.
Amma bu göstərici ölkənin regionundan regionuna dəyişir. Daha çox ölkədə getmək istəyənlər daha urbanizasiyalaşmış, yüksək işsizlik müşahidə edilən mobil əhali arasındadır.
Ukraynalılar xaricdə daha yaxşı həyat axtarırlar. Onlar Ukraynadan fərqli olaraq xaricdə özlərini ixtisaslarına uyğun reallaşdırmaq istəyirlər. Balakirovanın sözlərinə görə, Ukraynaılıların real və arzuedilən gəlirləri arasında fərq 3,5 dəfə təşkil edir: “Təqaüdlərin və maaşların 100-300, hətta 400 qrivna artırılması problemi qətiyyən həll etmir. İqtisadiyyatda kardinal dəyişikliklər etmək, minimal sosial standartları qaldırmaq lazımdır ki, insanlar ölkədə yaşamağa həvəsli olsunlar”.
İqtisadçı Aleksey Plotnikovun fkrincə isə qrivna 3 dəfə qiymətdən düşdüyünə görə, maaşlar faktiki olaarq artmayıblar, ona görə də ukraynalıların hətta, mövsümi olaraq, ayda 300-500 avroya görə Polşaya giləmeyvə yığmağa getməsi daha cəlbedici görünür.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info