Ermənistan boşalmaqda davam edir
Tarix: 26.05.2016 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Əhali Ermənistanı tərk edir. Bu reallığı erməni rəhbərliyi də etiraf etmək məcburiyyətindədir. Hələ bir müddət bundan əvvəl BMT-nin Əhali Fondunun (UNFPA) Ermənistan ofisinin rəhbəri Qarik Ayrapetyan erməni jurnalistləri önündə şok etirafla çıxış etmişdi. O, Ermənistanın «müstəqillik» əldə etməsindən sonra miqrasiyanın artıq kütləvi şəkil aldığını bildirmişdi. Ölkənin müqəvva prezidenti Serj Sərkisyan da son dövrlər Ermənistanı tərk edənlərin çoxaldığını demiş və «səbəb kimi ölkədəki hazırkı sosial və iqtisadi vəziyyətlə» əlaqələndirmək məcburiyyətində qalmışdı. Lakin o, təsəlli xatirinə: « Şübhə etməyin, müəyyən vaxtdan sonra xaricdə xoşbəxtlik axtaran bir çoxları vətənə qayıdacaq. O zaman burda onlara çox rahat olacaq”, - deyə həm özünə, həm də onu dinləyənlərə vəd vermişdi.
Lakin bütün deyilənlərə, verilən vədlərə baxmayaraq, fakt faktlığında qalmaqdadır.
Ermənistanın «Epress» saytının məlumatına görə, Ermənistanı tərk edənlərin ən çox rəqəm göstəriciləri son illərin payına düşür. Belə ki, rəsmi məlumatlara görə, Ermənistanın daimi əhalisinin sayı son üç ay ərzində 4200 nəfər azalıb. Bu ilin yanvarında Ermənistan əhalisinin ümumi sayı 2 mln. 998.6 min nəfər göstərilirdisə, artıq aprel ayında bu göstərici 2 mln. 994.4 min nəfər kimi təqdim edilir. "Aykakan Jamanak" qəzetinin məlumatına görə, son göstərici də ümumilikdə tam reallığı əks etdirmir. Çünki, ümumi sayı minlərlə hesablanan miqrant erməni ölkəni tərk edərək artıq uzun müddətdir ki, qeyri-qanuni yolla da olsa, xaricdə yaşasa da, onların Ermənistandakı qeydiyyatları hələ də saxlanılır. Çünki, Ermənistan rəhbərliyi hər vəchlə erməni axınının qarşısını almağa və ölkə qeydiyyatından çıxmağa çalışanlara da böyük maneələr yaratmağa çalışır.
Sayt yazır ki, əgər son 5 il ərzində erməni əhalisini 24.4 min nəfəri daimi yaşamaq üçün xaricə göçmüşdülərsə, bütün qadağa və məhdudyiyyətlərə baxmayaraq, son bir ildə bu göstərici artıq 12.3 min nəfəri ötməkdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info