“Azərbaycanlı tələbələr ölkələrində Fransa universitetinin diplomunu əldə edəcəklər”
Tarix: 26.05.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fransanın Strasburq və Renn universitetləri arasında əməkdaşlıq nəticəsində yaranan Fransa-Azərbaycan Universiteti ikili diplom verəcək və bu diplomlar həm Azərbaycanda, həm də Fransada tanınacaq”.
Bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib. O bildirib ki, layihə ilk növbədə tələbələrin maraqlarına cavab verir: “Azərbaycanlı tələbələr Azərbaycanda Fransa universitetinin diplomunu əldə edəcəklər. Bu təhsil Fransa standartlarına tam cavab verir. Düşünürəm ki, layihə Azərbaycanın maraqlarına uyğundur, çünki bu təhsil prioritet istiqamətlər, Azərbaycanın ehtiyac duyduğu sahələr üzrə olacaq və Azərbaycan iqtisadiyyatının diversifikasiyasına töhfə verəcək”.
Səfirin sözlərinə görə, tədris proqramı Strasburq Universiteti ilə eyni olacaq: “Strasburq Universiteti 3 ixtisas üzrə, Renn Univeristeti isə 1 ixtisas üzrə bura müəllim göndərəcək. Onlar burada yaşayıb, dərs deyəcəklər. Azərbaycanlı müəllimlər də fəaliyyət göstərəcək. Layihə iki universitet arasındakı əməkdaşlıq layihəsi olduğu üçün müəllim seçimi ikitərəfli məsləhətləşmələrlə aparılacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info