AGTMŞ-nın Hesabat-Seçki Konfransı keçirilib
Tarix: 26.05.2016 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) XIV Hesabat – Seçki Konfransı keçirilib. 
APA-nın xəbərinə görə, AGTMŞ-nin sədri Şahin Seyidzadə tədbir iştirakçılarına Şura haqda ətraflı məlumat verib. Ş. Seyidzadə bildirib ki, Şura 1995-ci ildən fəaliyyət göstərir: “Son 4 ildə çox ciddi işlər görülüb. Təşkilat üzvlərinin sayı son illər artıb”. 
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı kifayət qədər çoxdur: “Ədliyyə Nazirliyində qeydə alınmış qeyri-hökumət təşkilatlarının sayı 3000-ə yaxınlaşıb. Onlardan təxminən 300-ə yaxını gənclər təşkilatıdır. Şuranın beynəlxalq qurumlarla çox səmərəli əlaqələri var. Azərbaycan çox nadir ölkələrdəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə bərabər Gənclər Fondu da fəaliyyət göstərir”.  
T. Süleymanov əlavə edib ki, Azərbaycanda nümunəvi gənclik siyasəti formalaşıb: “Azərbaycan Avropa məkanında yeganə ölkələrdəndir ki, gənclərin fərdi layihələri maliyyələşdirilir”.   
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, AGTMŞ bu gün gənclər platformasında özünəməxsus yer tutur: “Biz Şuranı özümüzə ən böyük partnyor hesab edirik. Şura dövlət siyasətinin prioritet istiqamətlərini dəstəkləyib, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib”.  
Tədbirdə seçkilər də keçirilib. Səsvermə nəticəsində Seymur Hüseynov AGTMŞ-nın sədri seçilib. Konfransda AGMTŞ-nın Mərkəzi Nəzarət –Təftiş Komissiyası və İdarə Heyətinin tərkibi də formalaşdırılıb.  
Qeyd olunub ki, AGMTŞ-nın tərkibində 112 gənclər təşkilatı birləşib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info