Təbrizdə 28 May-Respublika Günü qeyd olunub
Tarix: 26.05.2016 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın Təbrizdəki Konsulluğunda 28 May-Respublika Günü qeyd olunub. 
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın və İranın dövlət himnləri səsləndikdən sonra baş konsul əvəzi Şahin Əhmədov çıxış edib. 
O deyib ki, 1918-ci il mayın 28-də Azərbaycan Şərqdə ilk dəfə olaraq öz müstəqilliyini elan edib və demokratik dövlət qurub: “Bu dövlət cəmi 23 ay yaşasa da, tarixdə mühüm izlər buraxıb. Azərbaycan xalqı bütün dünyaya göstərib ki, müstəqil və demokratik dövlət qurub onu inkişaf etdirməyə qadirdir”. 
Azərbaycan-İran əlaqələrindən danışan Ş. Əhmədov bildirib ki, hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək əlaqələri inkişaf etdirmək və xalqların maraqlarını təmin etmək qərarını veriblər: “Məhz prezidentlərin siyasi addımları nəticəsində bu gün münasibətlər yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər və imzalanan sənədlərin icrası iqtisadi, siyasi, mədəni əlaqələrin yaxınlaşmasına səbəb olub”.Tədbirdə iştirak edən Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və tarixi əhəmiyyəti haqqında danışıb. O, XX əsrin sonunda Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını bildirib. H. Əliyevin əsasını qoyduğu hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində böyük nailiyyətlər əldə olunduğu vurğulanıb. 
Komitə sədri Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında da məlumat verərək bildirib ki, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi, beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi təəssüf doğurur: “Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcək”. 
İranın Şərqi Azərbaycan vilayətinin valisinin müavini Səid Şəbüstəri Xiyabanı isə İran-Azərbaycan əlaqələrinin əhəmiyyətindən, ortaq dəyərlərimizdən söhbət açıb. O, İran tərəfinin təbriklərini Azərbaycan rəhbərliyinə və xalqına çatdırıb. Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafını, turizm potensialını, mədəniyyətini və İranla dostluq münasibətlərini əks etdirən film nümayiş olunub. Tədbirdə İranın dövlət rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulu, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info