“Məscidin Ermənistan tərəfindən hərbi qərargaha çevrilməsi sıradan olan adi hal deyil”
Tarix: 26.05.2016 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


“Ermənistanın da qoşulduğu “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair” 1954-cü il Haaqa konvensiyasının 4-cü bəndinə, konvensiyanın 1-ci və 2-ci əlavə protokollarına və digər beynəlxalq sənədlərə görə müharibə şəraitində maddi-mədəniyyət abidələrinin hərbi məqsədlərlə istifadə edilməsi qadağandır”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ağdam şəhərindəki Cümə məscidinin Ermənistan silahlı qüvvələrinin qərargahına çevrilməsi barədə məlumatı şərh edərkən deyib. 
O bildirib ki, Azərbaycanın tarixi və mədəni abidələrin qorunmasına dair qanununa əsasən abidələr hərbi məqsədlərlə istifadə edilə bilməz: “Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı aktlar beynəlxalq cinayət hüququ ilə müharibə cinayəti hesab olunur. Vandalizmə məruz qoyulmuş Ağdam Cümə məscidinin Ermənistan tərəfindən hərbi qərargaha çevrilməsi və hərbi məqsədlərlə istifadə edilməsi sıradan olan adi hal deyil.  Ermənistan tərəfindən üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə zidd olaraq, işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin və İslam dininə aid ibadət ocaqlarının dağıdılması, talan və təhqir edilməsi, mənşəyinin dəyişdirilməsi və hərbi məqsədlərlə istifadə edilməsi dövlət səviyyəsində həyata keçirilən sistematik və planlı siyasətdir”. 
H. Hacıyev əlavə edib ki, Ermənistan UNESCO-nun xətti ilə işğal olunmuş Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrinin vəziyyətinin qiymətləndirilməsi üzrə faktaraşdırıcı missiyanın təşkil olunmasına heç cür imkan vermir: “Sözügedən məsələ ilə əlaqədar UNESCO və digər aidiyyəti beynəlxalq təsisatlara məlumat veriləcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info