Güləş üzrə Azərbaycan birinciliyində ilk qaliblər
Tarix: 27.05.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Bakı İdman Sarayında start götürən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir. 1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunub.
Yarışda Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq iştirak edirlər. İlk yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kiloqram çəki dərəcəsi üzrə 142 yeniyetmə pəhləvan yarışıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azər Muxtarlı (42 kq), Rəvan Rəcəbov (46 kq), Zaur Nuriyev (50 kq), Nurlan Dadaşov (54 kq), Cavidan Cavadov (58 kq) və Elnur Əsədov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb ediliblər.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
“Sumqayıt” futbol akademiyası seçim mərhələsinin ikinci turuna başlayıb
25.03.2019
Xorvatiya bu dəfə məğlub oldu
25.03.2019
Almaniya millisi səfərdə Hollandiyanı məğlub edib
25.03.2019
“Avro-2020”: Macarıstan və Uels qələbə qazanıb
25.03.2019
Rusiya Avro-2020 seçmə mərhələsində Qazaxıstana qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10703

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info