Neftçala Sənaye Məhəlləsində ilkin mərhələdə 380 iş yeri açılacaq
Tarix: 27.05.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Prezidentin müvafiq sərəncama uyğun olaraq, ötən il inşasına başlanılan Neftçala Sənaye Məhəlləsində tikinti işləri artıq tamamlanmaq üzrədir. İnşaat işlərinin iyun ayında başa çatdırılması nəzərdə tutulur. Neftçala rayonunun mərkəzindən 5 kilometr aralıda, Salyan-Neftçala avtomobil yolunun kənarında 10 hektar sahədə salınan sənaye məhəlləsinin tikintisində son tamamlama işləri görülür.
Ərazidə elektrik, qaz, su və rabitə xətləri çəkilib. Hazırda isə avtomobil yolları salınır. Sənaye məhəlləsində yardımçı tikililərdən əlavə, 8 modullaşdırılmış istehsal sahəsi fəaliyyət göstərəcək. Birinci mərhələdə onlardan 4-ü inşa edilib. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla tikiləcək. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək. Rayon İcra Hakimiyyəti başçısının müavini Nəriman Xəlilov AZƏRTAC-a bildirib ki, indiyə qədər sahibkarlar tərəfindən 18 layihə baxılması üçün Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilib. İki layihə qeydiyyatdan keçib, 5 layihə isə tamamlanmaq üzrədir. Sahə rəisi Elşən Ağalarov görülən işlər barədə məlumat verərək deyib ki, tikintidə əsas işlər başa çatıb: “İndi yol çəkilir, bardürlər düzülür, səkilərə tamet döşənir, yaşıllıqlar salınır. Bu işləri də gələn ay başa çatdıracağıq”. Qeyd edək ki, respublikamızda salınan ilk sənaye məhəlləsində birinci mərhələdə şirkətlər tərəfindən 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info