Ermənistan boşalmaqda davam edir
Tarix: 27.05.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Əhali Ermənistanı tərk edir. Bu reallığı erməni rəhbərliyi də etiraf etmək məcburiyyətindədir. Hələ bir müddət bundan əvvəl BMT-nin Əhali Fondunun (UNFPA) Ermənistan ofisinin rəhbəri Qarik Ayrapetyan erməni jurnalistləri önündə şok etirafla çıxış etmişdi. O, Ermənistanın «müstəqillik» əldə etməsindən sonra miqrasiyanın artıq kütləvi şəkil aldığını bildirmişdi.
Ölkənin müqəvva prezidenti Serj Sərkisyan da son dövrlər Ermənistanı tərk edənlərin çoxaldığını demiş və «səbəb kimi ölkədəki hazırkı sosial və iqtisadi vəziyyətlə» əlaqələndirmək məcburiyyətində qalmışdı. Lakin o, təsəlli xatirinə: “Şübhə etməyin, müəyyən vaxtdan sonra xaricdə xoşbəxtlik axtaran bir çoxları vətənə qayıdacaq. O zaman burada onlara çox rahat olacaq”, - deyə həm özünə, həm də onu dinləyənlərə vəd vermişdi.
Lakin bütün deyilənlərə, verilən vədlərə baxmayaraq, fakt faktlığında qalmaqdadır.
Ermənistanın «Epress » saytının məlumatına görə, Ermənistanı tərk edənlərin ən çox rəqəm göstəriciləri son illərin payına düşür. Belə ki, rəsmi məlumatlara görə, Ermənistanın daimi əhalisinin sayı son üç ay ərzində 4200 nəfər azalıb. Bu ilin yanvarında Ermənistan əhalisinin ümumi sayı 2 mln. 998.6 min nəfər göstərilirdisə, artıq aprel ayında bu göstərici 2 mln. 994.4 min nəfər kimi təqdim edilir. "Aykakan Jamanak" qəzetinin məlumatına görə, son göstərici də ümumilikdə tam reallığı əks etdirmir. Çünki, ümumi sayı minlərlə hesablanan miqrant erməni ölkəni tərk edərək artıq uzun müddətdir ki, qeyri-qanuni yolla da olsa, xaricdə yaşasa da, onların Ermənistandakı qeydiyyatları hələ də saxlanılır. Çünki, Ermənistan rəhbərliyi hər vəchlə erməni axınının qarşısını almağa və ölkə qeydiyyatından çıxmağa çalışanlara da böyük maneələr yaratmağa çalışır.
Sayt yazır ki, əgər son 5 il ərzində erməni əhalisini 24.4 min nəfəri daimi yaşamaq üçün xaricə göçmüşdülərsə, bütün qadağa və məhdudyiyyətlərə baxmayaraq, son bir ildə bu göstərici artıq 12.3 min nəfəri ötməkdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib
20.02.2019
Avstraliyadakı quraqlıq uşaqların psixi inkişafına mənfi təsir göstərir
20.02.2019
Hindistan da “Kalaşnikov“ buraxacaq
19.02.2019
İtaliyanın keçmiş baş nazirinin valideynləri ev dustaqlığına məhkum olunublar
19.02.2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info