Ermənilərin Tərtər və Ağdamda dağıtdığı məcburi köçkün evlərindən 30-u bərpa edilib
Tarix: 27.05.2016 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində törətdikləri vəhşiliklər bu ərazilərdə məskunlaşmış məcburi köçkünlərdən də yan keçməyib. Cəbhəyanı bölgələrdə məskunlaşan soydaşlarımızın evlərinin bəziləri artıq bərpa olunub, qalanlarının bərpası isə sürətlə davam etdirilir. Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin xüsusən aprel ayında Ağdam, Tərtər, Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması, xüsusən uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri barbarlıq halları, həmçinin məktəb və uşaq bağçalarının qəsdən hədəflərə çevirməsi sivil dünyanın elementar normalarına ziddir.
Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn daim kobud və silsiləvi şəkildə pozulması və birbaşa cinayətlərdə iştirak edən şəxslərin ali siyasi səviyyədə tərif edilməsi öz-özlüyündə hərbi cinayətdir, bəşəriyyətə qarşı törədilən cinayətdir, beynəlxalq hüquq normalarına məhəl qoymamaqdır. Çox təəssüf ki, ermənilərin bu vəhşilikləri cəbhə bölgələrindən olan Ağdamın, Tərtərin təmas xəttində yerləşən kəndlərində məskunlaşan məcburi köçkünlərdən də yan keçməyib. Belə ki, son hadisələr zamanı ümumilikdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq, yerli əhali kimi, məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir, Azərbaycan dövlətinin, şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ən başlıcası isə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 1-də cəbhə bölgəsinə səfəri, orada yaşayan əhali, əsgər və zabitlərlə keçirdiyi görüşlər insanların və ordumuzun əhvali-ruhiyyəsini daha da yüksəldib və onlar arasında bir daha belə əminlik yaradıb ki, hər bir vətəndaşın Prezidenti olan dövlətimizin başçısı bütün ölkə vətəndaşlarının, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür, konkret qərarlar qəbul edir, onların icrasını şəxsi nəzarətində saxlayır. Elə bu günlərdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Ağdam və Tərtər rayonlarında apreldə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində evləri dağılmış məcburi köçkünlərlə görüşündə də əsasən bu fikirlər bir daha önə çəkilib. Vəziyyətlə yerində tanışlıq və məcburi köçkünlərlə söhbət zamanı bildirilib ki, təmas xəttində yerləşən ərazilərimiz işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində mütəmadi olaraq atəşə tutulub, məcburi köçkünlərə və yerli sakinlərə ciddi ziyan dəyib, evlər dağıdılıb. Dağıdılmış evlərdə artıq başlanmış bərpa işlərinin gedişi və evləri dağıntıya məruz qalmış məcburi köçkünlərlə görüşdə Baş nazirin müavini Əli Həsənov onların dağılmış bütün evlərinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacağını diqqətə çatdırıb. O bildirib ki, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa ediləcək. Qeyd edək ki, erməni vəhşilikləri nəticəsində evləri dağıdılmış və zərər çəkmiş bütün məcburi köçkünlərin evlərinin bərpası Dövlətqaçqınkom tərəfindən həyata keçirilir. Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun cəbhə bölgələrinə səfəri zamanı məcburi köçkün soydaşlarımızın dağılmış evlərinin tezliklə bərpası üçün bütün imkanlardan istifadə olunmasının vacibliyini önə çəkməsinin, bu məsələ ilə bağlı konkret tapşırıqlar verməsinin nəticəsidir ki, artıq ötən müddət ərzində Tərtər və Ağdam rayonlarında dağıntıya məruz qalmış 30-dan çox evdə bərpa işləri başa çatdırılıb.
Bunun bariz nümunəsi kimi, evi tamamilə dağıdılmış və artıq bərpa işləri yüksək keyfiyyətlə başa çatdırılmış Ağdərədən məcburi köçkün, Tərtər rayonunda məskunlaşmış Mübariz Həsənovun evində aparılan bərpa işləri ilə tanışlıq və söhbət zamanı ev sahibləri görülən işlərə, göstərilən qayğı və diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Onlar deyiblər: “Erməni quldurlarının törətdikləri vəhşiliklər nəticəsində evimiz tamamilə dağıdıldığından təbii ki, çətinliklərə məruz qaldıq. Ancaq buna baxmayaraq, ümidimizi də itirmədik. Düşmənin iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək yaşayış məntəqələrimizi və mülki əhalini atəşə məruz qoyduğu bir vaxtda - mayın 1-də bütün riskləri göz önünə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birlikdə Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən bölgələrə səfəri, erməni vəhşilikləri ilə yerində tanışlığı, təmas xəttinin 200 metrliyindəki kəndlərdə evləri dağıdılmış insanlarla, səngərdə dayanan hərbçilərlə görüşü Ali Baş Komandan kimi cəsarətinin və qətiyyətinin göstəricisi olmaqla yanaşı, hər bir azərbaycanlı kimi, bir məcburi köçkün ailəsi olaraq bizim də qəlbimizi iftixar hissi ilə doldurur, sabaha inamımızı, ümidimizi artırır. Cənab Prezident həmin gün bizim də dağıdılmış evə baxdı, ailə üzvlərimizlə görüşərək söhbət etdi, evimizin əvvəlkindən də yaxşı səviyyədə bərpa olunacağını bildirdi. Evimizin bərpası zamanı Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov da bu günlərdə cəbhə bölgələrinə səfəri zamanı, digərləri kimi, bizim də evimizdə görülən bərpa işləri ilə tanış oldu, bizimlə söhbət edərək işlərin yüksək keyfiyyətlə aparılması barədə Komitənin əlaqədar qurumlarına tapşırıqlar verdi. Budur, artıq evimiz tam şəkildə, özü də yüksək keyfiyyətlə yenidən bərpa olunaraq istifadəmizə verilib”. Tərtərin Evoğlu, Şıxarx, Ağdamın Dördyol, Təzəkənd və digər kənd və qəsəbələrindəki evlərinin bərpası başa çatdırılmış məcburi köçkünlərdən Rasim Bayramov, Nofəl Alıyev, Ənvər Abbasov, Vüqar İbrahimov və digərləri də bu cür dəstəyə, qayğı və diqqətə görə minnətdarlıqlarını ifadə edərək cəbhə bölgəsində məskunlaşan bütün məcburi köçkünlərimiz kimi, Prezident İlham Əliyevə arxalandıqlarını bildiriblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info