“Azərbaycan dövlətinin təməli sağlamdır”
Tarix: 27.05.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Əli Həsənov: “Bu gün Azərbaycan Heydər Əliyevin qarşısına qoyduğu əsas məqsədlərə çatıb”
Dünən Bakı Dövlət Universitetində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm, ictimaiyyət xadimləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təmsilçiləri, KİV rəhbərləri, universitetin professor-müəllim və tələbələri iştirak ediblər.

BDU-da Tədris-teleradio
studiyasının əsaslı
təmirdən sonra açılışı olub

Tədbirdən əvvəl jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub. Açılış mərasimində iştirak edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov böyük ənənələrə, şərəfli tarixə malik jurnalistika fakültəsi studiyasının BDU-nun təşəbbüsü ilə yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrinə yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 1928-ci ildən jurnalist kadrları hazırlayan fakültənin tarixində daha bir əlamətdar hadisə qeyd edilir. 1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilir. Studiya əsaslı təmir olunub, texniki imkanları genişlənib, ötən ay isə əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər. Sonra tədbir universitetin əsas binasında davam etdirilib. Akademik Abel Məhərrəmov 28 May - Respublika Günü münasibətilə bütün iştirakçıları təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük yadigarları olduğunu xatırladan akademik Abel Məhərrəmov bildirib ki, onlardan biri də Bakı Dövlət Universitetidir. Rektor qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma təhlükəsindən qurtardı. Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı və həmin siyasət bu gün Prezident tərəfindən uğurla davam etdirilir.

“Niyə bu, məhz Azərbaycan ərazisində olmalıydı?"
Prezidentin köməkçisi Əli Həsənov çıxışında AXC-nin tarixi, AXC dövründəki ictimai-siyasi vəziyyət və digər məsələlərə toxunub. O, AXC hakimiyyətinin mənfi və müsbət qərarlarının olduğunu vurğulayıb: "O vaxt sərhəd bölgələrində tənzimlənmə məsələləri aparıldı, dostluq və qonşuluq haqqında öhdəliklər götürüldü. Çox təəssüf ki həmin dövrdə bu gün bizi içimizdən yandırıb yaxan qərar verildi. Çox təəssüf ki, Xalq Cümhuriyyətinin qurucuları o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə getdi. Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular və yaradacaqdılar. Amma niyə bu, məhz Azərbaycan ərazisində olmalıydı?"

“İrəvan və başqa ərazilər
itirilən kimi Bakı da itirilə
bilərdi"

Ə. Həsənov eyni zamanda qeyd edib ki, həmin vaxt Osmanlı imperiyasının İrəvan xanlığının itirilməsində vermədiyi dəstəyi Bakının azad olunmasında ifadə olunub: "Bakı işğaldan azad olundu və sonrakı dövrdə milli paytaxta çevrilə bildi. Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçürülməsi və ondan sonra burada fəaliyyət göstərməsi Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqı qarşısında da ən böyük xidmətlərindən biridir. Çünki İrəvan və başqa ərazilər itirilən kimi Bakı da itirilə bilərdi". Ə. Həsənov qeyd edib ki, 23 ay fəaliyyət göstərən AXC digər əsas uğuru Azərbaycan dövlətinin əsas təsisatlarının yaradılması olub: "Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demokratik idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş cəmiyyəti normaları, bazar iqtisadiyyatı prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları- bütün sahələr üzrə Xalq Cümhuriyyətinin müvafiq təsisatlarına sahib çıxdıq".

Ümummilli lider milli birlik platformasını elan etdi
Ə. Həsənov Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdikdən sonra baş verən proseslərə də toxunub və bildirib ki, müstəqilliyi Azərbaycan xalqı qazanıb: "O dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti "türkün türkdən başqa dostu yoxdur" deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi. Ümummilli lider isə xüsusi çağırışla Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platformasını elan etdi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə xidmət göstərir. Heydər Əliyevin ikinci əsas prinsipi cəmiyyətdə mövcud qarşıdurmanın aradan qaldırmaq üçün dövlət təsisatlarının yaradılması və möhkəmləndirilməsi idi. Ə. Həsənov əlavə edib ki, bu gün Azərbaycan Heydər Əliyevin qarşısına qoyduğu əsas məqsədlərə çatıb: "Bu gün Azərbaycan formalaşmış bir dövlətdir. Özünün iqtisadiyyatı, güclü ordusu var. Azərbaycanda milli birlik mövcuddur və bu, Azərbaycanın yürütdüyü siyasətdə öz əksini tapır. Azərbaycanın beynəlxalq aləmdə çox gözəl münasibətləri var. Hazırda dünyanın əsas enerji təchizatçılarından və sivil birgəyaşayış normalarına sahib tərəfdaşlarından biri statusunu qazanıb. Ölkəmizin yürütdüyü siyasət bu gün bütün dünyanı əhatə edir. Bu anlamda 93 illiyini qeyd etdiyimiz Azərbaycan dövlətinin təməli sağlamdır, onun idarəçiliyində sağlam insanlar durub".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info