Erməni general: “Biz çox şey itirmişik”
Tarix: 27.05.2016 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


“Talışda artıq heç kim yaşamır, Qarabağın iri şəhəri Mardakert atəş altına düşüb”

Aprelin əvvəlində Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan ordusunun işğaldan azat etdiyi ərazilər hələ də işğalçı ölkədə ciddi məyusluq yaradıb. Görünür bu məğlubiyyəti həzm edə bilməyən Ermənistan rəhbərliyi hələ etirazlar, qınaqlarla çox üzləşəcək. Ermənilərin qəhrəman hesab etdikləri, "Kommandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan aprelin əvvəllərində Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərin strateji əhəmiyyətə malik olduğunu etiraf edib. 
O, "Novosti Armenii" saytına açıqlamasında bildirib ki, erməni tərəfi çox vacib strateji yüksəklikləri əldən verib və onları qaytarmaq lazımdır. 
Generalın sözlərinə görə, atılmalı olan addımların heç biri atılmayıb: "İndi isə bunu gizlətmək üçün deyirlər ki, oralar o qədər də vacib ərazilər deyil. Halbuki ora bizim üçün çox vacib strateji yüksəkliklərdir. İnsanların Talış, Mardakert, Mataqizdə rahat yaşaması üçün həmin yüksəklikləri qaytarmaq haqqında düşünmək lazımdır. Təbii ki, deputatlarımızın məlum bəyanatları yuxarıdan verilən göstərişlər əsasında səsləndirilir və bu çox üzücüdür. Biz çox şey itirmişik və bu yüksəkliklər üzündən itiririk. Talışda artıq heç kim yaşamır. Qarabağın iri şəhəri Mardakert atəş altına düşüb. Evlərini tərk etmiş insanların rahat geri qayıtması üçün o yüksəkliklər qaytarılmalıdır".
Xatırladaq ki, iki gün öncə ermənilərin məşhur kəşfiyyat komandiri olmuş Vova Vardanyan da məyusluqla etiraf etmişdi ki, ordumuzun azad etdiyi ərazilər Ermənistan üçün çox böyük məğlubiyyət sayılmalıdır. O demişdi ki, artıq azad olunan yüksəkliklər erməni hərbçilər üçün qorxulu röyaya çevrilib: “Taktiki nöqteyi-nəzərdən azərbaycanlılar onlarla hərbçimizi məhv edə bilərlər”. O bildirib ki, aprel döyüşlərindən sonra Azərbaycan ordusu erməni mövqelərini açıq-aydın müşahidə edə bilir. “Müzakirə olunan həmin 700-800 hektar ərazi səngərlər arasındakı neytral xətdir. Əlbəttə ki, bu, vacib ərazidir. Bir mövqe böyük strateji əhəmiyyətə malik olmaya bilər, lakin böyük taktiki və operativ önəm daşıdığı birmənalıdır. Çünki artıq qarşı tərəf Talış kəndi istiqamətində bizim mövqelərimizi görə bilir”, - deyə o vurğulayıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info