BSU-da Respublika Günü qeyd olunub
Tarix: 27.05.2016 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib.BSU-dan bildiriblər ki, tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev Xalq Cümhuriyyətinin (AXC) tarixi, 23 ay ərzində qəbul olunan mühüm qərarlardan söz açıb. Rektor müsəlman aləmində ilk demokratik respublika olan AXC-nin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu və tariximizin bu mərhələsinə siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dövlət müstəqilliyimizin qorunmasını və əbədiliyini təmin edən Ulu Öndərin dövlətçilik siyasətindən danışan A.Hacıyev ölkəmizin bugünkü inkişafının və beynəlxalq miqyasda artan nüfuzunun Heydər Əliyev siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyəti, milli təəssübkeşliyi və qətiyyəti hesabına mümkün olduğunu vurğulayıb.Digər çıxış edənlər də Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişafı barədə danışıblar. AXC-nin Azərbaycan tarixində qoyduğu izlərdən, Şərq aləminə gətirdiyi yeniliklərdən söz açan natiqlər müstəqilliyimizin əbədi olduğunu bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info