“Azərbaycanda iqtisadiyyatın diversifikasiyası baxımından çox önəmli islahat prosesi gedir”
Tarix: 27.05.2016 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Son on ildə Azərbaycana investisiya qoyuluşunun 42%-i, qeyri-neft sektoruna investisiyaların isə 35%-i məhz Avropa İttifaqı ölkələri tərəfindən həyata keçirilib. Bunu bu gün Bakıda İqtisadiyyat Nazirliyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda institusional quruculuq əməliyyatlarına dəstək" (SİBA) layihəsinin birgə təşkilatçılığı ilə "Azərbaycanda İnstitusional Quruculuq" mövzusunda konfransda iqtisadiyyat nazirini müavini Sahil Babayev bildirib. 
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur: “Azərbaycanın əsas neft layihəsi Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri məhz Azərbaycan neftini Avropa bazarlarına çatdırılması məqsədi daşıyır. Eyni amanda təbii qazın satışı sahəsində əməkdaşlığımız genişdir. Bu məqamda XXİ əsrin layihəsi olan Cənub Qaz Dəhlizini qeyd etmək yerinə düşər”. 
S. Babayev deyib ki, bu günədək Avropa İttifaqından Azərbaycana cəlb olunmuş texniki yardım və qrantların dəyəri 582 mln. avronu ötüb: “Xüsusilə də tvinninq layihəsini qeyd etmək olar. Azərbaycanda bu günədək 43 tvinninq layihəsi icra olunub ki, bunlardan 25-i uğurla tamamlanıb, 9 layihə icra mərhələsindədir. 9 layihə üzrə sənədlər hazırlanır. Azərbaycan dövlət qurumlarını təşəbbüsü ilə ümumilikdə 150 TAİEX tədbiri həyata keçirilib. Bununla yanaşı, dövlət qurumlarının nümayəndələri 68 çoxtərəfli TAİEX tədbirində iştirak edib. Azərbaycanda 15 SİQMA layihəsi həyata keçirilib, 2 SOİCİEUX layihəsi icra mərhələsindədir. 
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyini rəhbəri Malena Mard Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın əhəmiyyətini və əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. O bildirib ki, gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirməliyik: “Ticarət və iqtisadi sahədə geniş əməkdaşlığımız var. Azərbaycanda çox önəmli islahat prosesi gedir. Bu da iqtisadiyyatın diversifikasiyası baxımından önəmlidir. Konfransın məqsədi  institutsional quruculuq fəaliyyətindən dərsləri müzakirə etmək və gələcək fəaliyyəti qurmaqdan ibarətdir. Dövlət qurumlarının tvinniq alətlərinə marağı var”. 
M.Mard qeyd edib ki, Azərbaycan tvinniq layihələrinin sayına görə, Şərq Tərəfdaşlığı məkanında liderdir: “Layihələrdən 25-i tamamlanıb. İstehlakçıların mühafizəsi, qanunun aliliyi, parlamentə dəstək layihəsində yaxşı nəticələr var. Avropa İttifaqına üzv dövlətlər təcrübəsini Azərbaycana təqdim edir və bölüşür. Texniki yardım informasiya mübadiləsi önəmlidir."




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir...
19.06.2019
ABŞ Azərbaycan və Ermənistan arasındakı dialoqu təşviq etməyə davam edəcək
19.06.2019
Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
18.06.2019
MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO
18.06.2019
Qulam İshaqzai: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq dövlətdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info