Fikrət Yusifov: Problemli kreditləri yaradan problem...
Tarix: 27.05.2016 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Hər bir problemi yaradan səbəblər olur. Səbəbləri də kateqoriyalara bölmək olar. Əsas səbəblər, ikinci, üçüncü və c. dərəcəli səbəblər. Biz bu gün ölkənin bank sistemində getdikcə artmaqda olan problemli kreditlərin yaranması səbəblərindən və bu vəziyyətin aradan qaldırılmasının real ola biləcək yollarından bəhs edəcəyik. Problemli krediti yaradan əsas səbəblər hansılardır? Araşdırmalar göstərir ki, bütün fors major halları istisna olunmaqla, problemli kreditlərin yaranmasının başlıca səbəbi, bankların kredit verdikləri müştərilər haqqında bilərəkdən və ya bilməyərəkdən kifayət qədər məlumat əldə etməmələridir. Yaranmış durumun səbəblərini araşdırılarkən bəlli olur ki, bizim banklar müştəriləri seçərkən heç onların barəsində ən adi informasiyaları da əldə etmək istəməyiblər. Müştəri cəlb edərkən bir qayda olaraq kəmiyyət göstəricilərinə üstünlük verilib, keyfiyyət göstəricilərinin olduğu isə tamamilə unudulubdur. Belə “müştəri seçiminin” nəticələri göz qabağındadır. Bu üsulla “ kreditləşmə” bu gün bank sistemini çox ciddi problemlərlə üz-üzə qoyub. Bankların tamahkarlığı və “kim daha çox kredit verərsə o da daha çox qazanar” kimi ağılsız bir şüarla bir-biri ilə apardıqları yarışma, onların çoxunu çökdürmək həddinə gətirib çıxarıb. Bəzi nüfuzlu beynəlxalq maliyyə qurumları cari ilin sonuna banklardakı problemli kreditlərin 20-25%-ə qədər arta biləcəyini bəyan edirlər. Əslində bir çox banklar artıq bu həddi çoxdan keçdiklərini yaxşı bilirlər. Sadəcə, gözləmə mövqeyi seçib, dövlətin onları bu bataqlıqdan nə vaxt və necə çıxaracağını gözləyirlər. Belə olan halda istər – istəməz bir sual yaranır. Əgər söhbət sonda gəlib dövlətin üzərinə çıxacaqsa, deməli dövlət bankların fəaliyyətini tam nəzarətdə saxlamağa və vurduqları zərərə görə onların məsuliyyətini qanunla müəyyən etməyə borcludur. Necə ki, dövlət bunu ona zərər vuran başqa müəssisələr və vətəndaşlara münasibətdə edir. Cinayət Məcəlləsi ilə dövlətə vurulan zərərə görə hər bir müəssisə və vətəndaş cinayət məsuliyyətinə cəlb edildiyi kimi, bank da öz yanlış hərəkətləri nəticəsində dövlətə vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu gün bankların fəaliyyətində nəticə etibarılə dövlətə zərər vuran əməllərin geniş kök salmasının əsas səbəbi də belə əməllərə görə onların məsuliyyətinin hüquqi müstəvidə konkret qoyulmamasıdır. Bank krediti kimə gəldi paylayıraq onun geriyə ödənişini təmin edə bilmir, nəticə etibarilə əhalidən və müəssisələrdən cəlb etdiyi əmanətləri qaytarmaqda çətinliklərlə üz-üzə qalır. Belə olduqda o müflis olmaq həddinə çatır. Bu məqamda yeganə xilas yolu isə dövlət dəstəyi olur. Digər tərəfdən bank əhalinin, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatların sərbəst vəsaitlərini cəlb edib, onları başqa ehtiyacı olan tərəflərə kredit kimi satmaqla qazanc əldə edən bir təşkilatdır. Bundan başqa, o, eyni zamanda əhali və müəssisələr üçün müxtəlif hesablaşmaları aparmaqla və onlara digər xidmətlər göstərməklə mənfəət əldə edir. Deməli hüquqları dövlət tərəfindən qorunan vətəndaşlara və müəssisələrə xidmət göstərən bank, öz fəaliyyəti ilə dövlətə zərər vurursa o qanun qarşısında cavab verməlidir. Nə qədər ki, biz bankların məsuliyyətini bu səviyyədə qoymamışıq, onların “daha çox qazanmaq hərisliyi” nə soykənən özfəaliyyəti davam edəcək və belə fəaliyyət nəticəsində yaranacaq borcları sonda dövlət ödəməli olacaqdır.

Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
iqtisad elmləri doktoru, professor




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info