BP-nin vitse- prezidenti Helmut Şuster BANM-də olub
Tarix: 27.05.2016 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


BP şirkətinin İnsan Resursları üzrə vitse- prezidenti Helmut Şuster Bakıya səfəri çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) olub. O, Ali Neft Məktəbinin rəhbərliyi və tələbələri ilə görüş keçirib. BANM-in rektoru Elmar Qasımov ona ali neft məktəbi haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsinin artıq ölkədə ən nüfuzlu ali təhsil ocağına çevrildiyini qonağın diqqətinə çatdırıb. Elmar Qasımov BANM-də neft-qaz, avtomatika və kimya sənayesi üzrə ingilisdilli, peşəkar mütəxəssislər hazırlandığını nəzərə çatdırıb. Rektor Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməlyik” şüarının artıq təsdiqini tapdığını bildirib. SOCAR-ın ən uğurlu sosial layihələrindən biri olan ali neft məktəbinin yaradılmasının əsasında peşəkar mütəxəssis kimi yetişərək gələcəkdə ölkəmizi məhz xarici şirkətlərdə təmsil edə biləcək və SOCAR-ın beynəlxalq layihələrində, o cümlədən BP şirkəti kimi beynəlxalq şirkətlərdə çalışacaq kadrların hazırlanması olduğunu dedi. BP şirkəti ilə Bakı Ali Neft Məktəbinin geniş əməkdaşlıq əlaqələrindən söz açan rektor bu ali təhsil ocağının tələbələrinin hər il BP-də istehsalat təcrübəsinə cəlb olunduqlarını vurğuladı. O bildirdi ki, BANM-də elmin və təcrübənin vəhdətində verilən yüksək biliklər tələbələrə gələcəkdə istər yerli, istərsə də beynəlxalq şirkətlərdə öz karyeralarını qurmağa, əmək bazarındakı rəqabətdə önə çıxmağa stimul verir.
BP-nin vitse- prezidenti, insan resursları üzrə qrupunun direktoru Helmut Şuster Bakı Ali Neft Məktəbində olmaqdan məmnunluq ifadə edərək bildirdi ki, Azərbaycana səfərinin məqsədi yerli BP komandası ilə görüşmək və regionda İnsan resurslarının fəaliyyəti ilə yaxından tanış olmaqdır. O, bu səfəri çərçivəsində yüksək tədris səviyyəsinə malik ali məktəbdə olmasından şad olduğunu dilə gətirdi. İnsan resurslarının istənilən müəssisə və şirkət üçün əhəmiyyətli olduğunu vurğulayaraq, milliləşdirilmə ilə bağlı mühüm layihələrdən biri "BP-in mütəxəssislərinin Bakı Ali Neft Məktəbinə dəstək layihəsi”ndən söz açan qonaq BP-nin milliləşdirmə strategiyası çərçivəsində dövlət qarşısında götürdüyü mühüm öhdəliyin tərkib hissəsi kimi BP AGT və BANM arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyinə və mühəndislik sahəsində milli tələbələrin inkişafı baxımından çox uğurlu olduğuna əminlik ifadə etdi.
Helmut Şüster tələbələrin suallarını cavablandırdı və o, verilən suallardan ali məktəbin tələbələrinin yüksək bilik və bacarıqlara malik olduğunu müşahidə etdiyini dedi. Tədbirin sonunda rektor Elmar Qasımov ona “Fəxri qonaq” diplomunu təqdim etdi.
Qeyd edək ki, Helmut Şuster Beynəlxalq əlaqələr üzrə magistr dərəcəsini və iqtisadiyyat üzrə PhD dərəcəsini Vyana Universitetində alıb və sonra öz karyerasını Henkel şirkətinin marketinq bölməsində başlayıb. 1989-cu ildən BP şirkətində işləməyə başlayan Helmut Şuster bir sıra aparıcı vəzifələrdə çalışıb. O BP-nin Böyük Britaniya, ABŞ və Avropadakı nümayəndəliklərində və əsasən emal, marketinq, ticarət, qaz və enerji sahələrində çalışıb.
Helmut Şuster BP-nin insan resursları üzrə qrupunun direktoru vəzifəsini 2011-ci ilin martın 1-dən yerinə yetirir. O, dünya üzrə BP-də çalışan 60 000 əməkdaşın idarə olunmasına məsul şəxs, həmçinin BP-nin Cənubi və Şərqi Avropa üzrə qeyri-icraçı direktorudur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info