Naxçıvanda III Beynəlxalq rəsm festivalı
Tarix: 27.05.2016 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Əlincəqala” tarixi abidəsində “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub.AZƏRTAC xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək ölkəmizin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində inkişaf dövrünü yaşadığını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev mədəniyyətə, onun inkişafına daim qayğı ilə yanaşırdı. Bu gün həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə məqsədyönlü tədbirlər görülüb, tarixi-mədəniyyət abidələri bərpa olunub və ya yenidən qurulub, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilib.Bildirilib ki, rəssamların fərdi sərgilərinin açılması, Azərbaycan boyakarlıq sənətinin nümayəndələrinin albom-kataloqlarının hazırlanıb nəşr etdirilməsi Naxçıvan Muxtar Respublikasında təsviri sənətin səviyyəsini, yaradıcılıq axtarışlarının istiqamətlərini müəyyənləşdirən mühüm amillərdir. Bu baxımdan “Naxçıvan-bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı da qədim diyarın tarixinin, mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri festivalın keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.Muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, mədəniyyət və incəsənətimizin inkişafında tarixi xidmətlər göstərən ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün müstəqil Azərbaycan Respublikasında və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimiz təbliğ edilir, mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət göstərilir. Muxtar respublikada yaradılan əlverişli şərait nəticəsində istedadlı rəssamların sayı ildən-ilə artır, onların fəaliyyəti daha da genişlənir, məktəblilərin və gənc istedadların yaradıcılıq nümunələrindən ibarət sərgilər, eyni zamanda, rəssamların fərdi sərgiləri təşkil olunur.
Natəvan Qədimova “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən gözəl mədəniyyət və sənət bayramı olduğunu vurğulayıb.“Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra muxtar respublikanın musiqi kollektivlərinin çıxışları olub.Sonra festivalın yaradıcılıq hissəsinə start verilib.Festivalda 7 ölkədən 52 iştirakçı təmsil olunur. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvləri, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri tanınmış rəssamların iş proseslərini izləyiblər.Naxçıvanın simvoluna çevrilən Haçadağ, Əlincəqala rəssam təxəyyülünə məxsus çalarlarla iştirakçıların qəlbinə yol tapıb. Rəssamlar sehrli fırçaların, rənglərin dili ilə düşüncələrini ifadə etməyə nail olublar.
Mayın 27-də Heydər Əliyev Sarayında festivalda iştirak edən rəssamların əsərlərdən ibarət sərgi təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq
19.09.2018
Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 2 nəfər cərimələnib
19.09.2018
SOCAR Xəzərdə yeni perspektiv strukturların axtarışları üçün xarici şirkətləri cəlb edir
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info