“Naxçıvan” Universitetində Respublika Gününə həsr olunmuş konsert proqramı olub
Tarix: 27.05.2016 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


“Naxçıvan” Universitetində 28 May -Respubika Günü ilə əlaqədar konsert proqramı olub. Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin akt zalında davam edən tədbiri ali təhsil ocağının rektoru,professor İsmayıl Əliyev açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğraması səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində ümummilli lider Heydər Əliyevin apardığı müdrik siyasətdən ətraflı danışıb.
Konfransda universitetin İdarəetmə fakültəsinin dekanı Elbrus İsayevin çıxışı dinlənilib.Bildirilib ki, 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün əzizdir. Çünki Cümhuriyyətin yaradılması o dövrkü şəraitdə Azərbaycan milli azadlıq hərəkatının qarşısına qoyduğu vəzifələrin uğurla həyata keçirilməsini bir daha nümayiş etdirdi. Azərbaycan xalqının, onun mütəfəkkir insanlarının müstəqilliklə bağlı arzu və istəkləri demokratik respublikanın yaranması ilə nəticələndi. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. O da vurğulanmışdır ki,bu gün dahi rəhbərin yolu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ökəmizdə aparılan iqtisadi və sosial isahatlar muxtar diyarımızda da bəhrəsini verməkdədir.
Sonra tədbirin bədii hissəsi olub. Tələbələrin ifasında Vətənimizə, yurdumuza, ordumuza həsr edilmiş mahnılar sələndirilib. Daha sonra tələbələrin “Arşın mal alan” tamaşasından göstərdiyi səhnəcik tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Nuray ƏSGƏROVA




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info