Neft-qaz sənayesinin canlı ensiklopediyası
Tarix: 27.05.2016 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


AMEA Alimlər Evinin təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxanada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Dövlət Mükafatı laureatı, “İstiqlal”, “Şərəf”, “Şöhrət” ordenli, akademik Xoşbəxt Yusifzadə ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, bu görüş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadəni daha yaxından tanımaq üçün çox gözəl bir fürsətdir.
Azərbaycan neft sənayesinin inkişafında mühüm xidmətləri olan görkəmli alimin həyat və fəaliyyətindən söz açan akademik A.Əlizadə qeyd edib ki, Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsi üçün gərgin əmək sərf etmiş geoloq-alimin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında ən maraqlı hekayədir. Neftçi-alimin fəaliyyəti hər bir gənc azərbaycanlı neftçi üçün örnəkdir.
AMEA rəhbəri akademikin elmi nailiyyətlərindən, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan neft strategiyasından, “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi məqamlarından, akademik X.Yusifzadənin iştirakı ilə bir sıra neft yataqlarının aşkar olunmasından danışıb. Qeyd edib ki, X.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzərin Azərbaycan sektorunda “Günəşli”, “Çıraq”, “Azəri”, “Kəpəz”, “Şahdəniz” kimi ümumilikdə 20 neft və qaz-kondensat yatağı kəşf edilib. Bu yataqlarının kəşfi Azərbaycanın gələcək inkişafını təmin edib. Akademik vurğulayıb ki, Azərbaycan neft-qaz sənayesinin canlı ensiklopediyası sayılan X.Yusifzadənin fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın bir sıra ali mükafatlarına layiq görülüb.
Sonra akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft sənayesinin tarixindən, “Əsrin müqaviləsi” ilə bağlı əsas məqamlardan, xarici şirkətlərlə aparılan danışıqlardan, imzalanan müqavilələrdən, ulu öndər Heydər Əliyevin neft strategiyasının bəhrələrindən danışıb. “Əsrin müqaviləsi” ərəfəsində ölkədəki vəziyyətin ağır olduğunu söyləyən akademik belə bir çətin və mürəkkəb vaxtda ikinci dəfə siyasi rəhbərliyə gələn ümummilli liderin respublikanın neft sənayesi ilə yaxından məşğul olmağa başladığını söyləyib. Bu sahənin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan akademik tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olan ilk neft kontraktlarının iqtisadi və siyasi cəhətlərini təhlil edib, bu tarixi müqavilə ilə Azərbaycanın neft sənayesində yeni mərhələnin başlanıldığını vurğulayıb.
Görüşdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev təməli “Əsrin müqaviləsi” ilə qoyulmuş neft-qaz strategiyasını bu gün uğurla inkişaf etdirir, yeni çalarlarla zənginləşdirir. Ömrünün 63 ilini Azərbaycanda neft elminin və sənayesinin inkişafına həsr etdiyini söyləyən akademik Xoşbəxt Yusifzadə hər bir uğurun əsasında zəhmətin durduğunu söyləyib. Akademik belə görüşlərin təşkili üçün AMEA rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan neft sənayesinin canlı əfsanəsi X.Yusifzadənin fəaliyyətindən və bu sahənin inkişafında akademikin tarixi xidmətlərindən danışıb.Sonda akademik Xoşbəxt Yusifzadəyə həsr olunmuş "Fədakar" filmi nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info