“Həm Rusiya, həm də Azərbaycan öz siyasətlərində sərt dönüş edib”
Tarix: 27.05.2016 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


“Rusiyanın Azərbaycan və Ermənistanla münasibətləri tarixən fərqli şəkildə inkişaf edib”. 
Rusiyanın Azərbaycandakı səfirliyinin saytında yer alan məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin rusların azərbaycanlıları deyil, erməniləri dəstəkləməsi  ilə bağlı suallarını cavablandırarkən deyib.
O bildirib ki,  bu məsələdə etnik, dini və mədəni faktorlar var: “Siyasət və iqtisadiyyat böyük əhəmiyyət daşıyır. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqi olmaq qərarını verdi və bizim ölkə ilə dərin iqtisadi inteqrasiyaya daxil oldu. Azərbaycan isə hərbi-siyasi və iqtisadi öhdəlik olmadan əməkdaşlıq yolunu seçdi. Biz hər iki seçimə hörmətlə yanaşırıq. Biz bu ölkələri qarşı-qarşıya qoymuruq”. 
Səfir qeyd edib ki, Moskva Azərbaycanla Ermənistanın əleyhinə və ya əksinə dostluq etmir. “Bu, həm də hər iki ölkənin Rusiyadakı diasporuna aiddir. İstəmirik ki, Rusiya azərbaycanlı və ermənilərin hansısa incikliklərini aydınlaşdıracağı yerə çevrilsin. Bizim bütün dövlət siyasətimiz buna yönəlib. Ancaq nə zamansa deyəndə ki, Rusiyada ermənilərə nisbətən azərbaycanlılara qarşı pis davranırlar, bu, emosiyadır. Ümid edirəm ki, bunların hamısı keçəcək. Digər məsələ isə odur ki, mən dəfələrlə demişəm ki, Rusiyada Azərbaycan haqqında daha çox bilməlidirlər. Bu proses gedir. Öz işimdə rusiyalıların sizin ölkəyə marağının, Azərbaycana gəlmək və buranı öz gözləri ilə görmək istəyinin artdığını hiss edirəm. Lakin həm siz, həm də biz daha çox iş görməliyik”.
Səfir həmçinin bildirib ki, həm Rusiya, həm də Azərbaycan öz siyasətlərində sərt dönüş edib.
O bildirib ki, bu qiymət düşməsinin müsbət və mənfi tərəfləri var: “Bu şok terapiyasıdır. Bunun sayəsində biz nəhayət anlamalıyıq ki, gah gələn, gah da gəlməyən pullar deyil, özümüz qazandığımız pullar hesabına yaşamalıyıq. Həm Rusiya, həm də Azərbaycan öz siyasətlərində sərt dönüş edib. Ciddi şaxələndirmə layihələri hazırlanıb. Rusiyada deyildiyi ki, düşünürəm ki, bizdə alınacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Ülviyyə Cabbarova Finlandiya səfiri ilə görüşüb
23.06.2019
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23.06.2019
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
22.06.2019
Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır
21.06.2019
Qondarma mühacirlərin aqressiyası azalmır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info