Britaniyalı millət vəkili: “Dağlı Qarabağ Ermənistan tərəfindən işğal edilib”
Tarix: 27.05.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın “The House” jurnalında  parlamentin icmalar palatasının gündəliyi bölümündə millət vəkili Bob Bləkmanın məqaləsi dərc edilib. 
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, “Bob Bləkman öz qlobal oyun planı ilə özünü fəda edir” başlıqlı hesabat məqaləsində bu il Kraliça II Yelizavetanın 90 illik yubileyinin qeyd olunmasına həsr olunmuş bir çox əhəmiyyətli tədbirlər arasında Kral Vindzor At Şousunun xüsusən seçildiyi və Bləkmanın bu tamaşaya  qatılmaqdan çox məmnun olduğu vurğulanır: “Kraliçanın atlara olan rəğbəti hamıya yaxşı məlumdur və Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi, mən, xüsusilə, Azərbaycanın milli at cinsi olan Qarabağ atlarını seyr etməkdən zövq aldım. Onlardan biri ilk dəfə Kraliçaya 60 il bundan əvvəl hədiyyə olunub. Bu nadir cinsin vətəni Azərbaycanın Dağlıq Qarabağ regionudur. Bu region Ermənistan tərəfindən işğal edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hazırda 25 ildir münaqişə ocağı kimi qalmaqda davam edir”. 
Xatırladaq ki, bu ilin 11-15 may tarixlərində London yaxınlığındakı Vindzor qəsrinin ərazisində Kraliça II Yelizavetanın 90 illik yubileyinə həsr olunmuş Kral Vindzor At Şousunda Azərbaycanı “Qarabağ” cinsindən olan 15 atdan ibarət süvarilər komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edib. Tədbir günlərində Azərbaycanın mədəniyyət pavilyonu da fəaliyyət göstərib. Ölkəmizin Kral Vindzor At Şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib.
 
Məlumat üçün bildirək ki, “The House”  Böyük Britaniya Parlamentinin İcmalar Palatasının həftəlik siyasi jurnalıdır.  Jurnal “Dobs” nəşriyyatı tərəfindən nəşr edilir. “The House” jurnalını müxtəlif partiyaları təmsil edən deputatlardan ibarət redaksiya heyəti idarə edir və parlament komissiyaları tərəfindən nəzarət funksiyası həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info